Əmanət həyatlara yapışıb, ömürünü xərcləməyəcəksən

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 1 727
Səs ver:
(səs: 0)
Nə olmasını gözləyirsən? Həyatın sənə nə təqdim etməsini gözləyirsən? Dünən axşam xəyalını qurduğun şeylərin, səhər olunca reallaşacağınımı ümid edirsən? Səhv Həyatın Arxasında Qaçmayacaqsan! Ümid etməklə, diləməklə olmur, ayağa qalxacaqsan! Hər şeydən əvvəl fərqinə varacaqsan! Hansı təlimə inansan inan, səthi yanaşmayacaqsan heç nəyə. Bir məlumatı həqiqətən həyatında tətbiq edə bilmirsənsə, o məlumata sahib olduğun yanılmasına qapılmısan deməkdir. Özünü aldatmayacaqsan! Gerçəkləri anlayacaq, sonu hər nə olursa olsun qəbul edəcəksən. Bəzən bildiklərin, öyrəndiklərinin acı verər. Onu da yaşayacaqsan. Əvvəl özün, nə olduğunun, nələrə sahib olduğunun, gücünün, qabiliyyətlərinin, bu həyata niyə gəldiyinin fərqinə varacaqsan. Həyatını, gərəksiz şeylər uğrunda xərcləməyəcəksən. Ürəyində yaşadığın hər duyğunu eşq sanıb, arxasından çöllərə düşməyəcəksən. Sevginin adını ağzına almamışdan əvvəl, uzun uzun düşünəcəksən. Ürəyinlə üzləşəcəksən. Sevgini, ehtirası, şəhvəti, vərdişi, eşqi bir-birindən ayırd edəcəksən. Heç kimin və heç bir şeyin səndən daha əhəmiyyətli olduğunu düşünməyəcəksən. Bədəninə, ruhuna, ağlına sahib çıxacaqsan. Layiq olmayanın ardından yas tutub, bunu da eşqə bağlayıb, sevginin şanını çirklətməyəcəksən. Özünü tanıyacaqsan, həm də çox yaxşı tanıyacaqsan! Kimləri niyə və nə üçün seçdiyini biləcəksən. İnsanıq hamımız, əlbəttə zəifliklərimiz, düşkünlüklərimiz var ancaq öz xasiyyətlərini, əskiklərini yaxşı təhlil edəcəksən. Ardından gözyaşı tökdüyünün adını doğru qoyacaqsan! İllər sürən yaslar yaşayıb, unuda bilmədiyini iddia edəcəyinə, niyə həyatına başlaya bilmədiyini həll edəcəksən. Qorxularınla üzləşəcəksən. Yatdığın yerdən, qurduğun xəyala uyğun bir ağ atlı şahzadə gözləməyəcəksən. Ağlın çalışacaq, əlin çörək tutacaq, kimsəyə boyun əymədən yaşamanın ləzzətini biləcəksən. İstər ərin olsun, istər oğlun, istər anan, istər atan kimsənin sevgisiylə hökmünü bir- birinə qarışdırmayacaqsan. Əzilən, yazıq, ağılsız olmaq qazandırar kimi görünsə də, sonunda mütləq itirdirər; bunu unutmayacaqsan! Başqalarına deyil, öz gücünə inanacaqsan. Birinin boyuna asılaraq dayansan, qarşındakını yormaqla qalmazsan, bir gün öz qolların belə çəkə bilməz ağırlığını düşərsən; kimsəyə söykənməyəcəksə n! Dünya da sənsən, kainat da! Özünü inkişaf etdirəcəksən. Böyüyəcəksən, yetkinləşəcəksən. Ruhunu da, ağlını da bədənin kimi bəsləyəcəksən. Əvvəl sən böyük olacaqsan, fərqində olacaqsan, sonra dünyanın zövqlərinin, sevginin, həyatın dadını çıxaracaqsan. Əmanət həyatlara yapışıb, ömrünü xərcləməyəcəksən , Nə olmasını gözləyirsən, sən elə oturduqca, olmayacaq. Boşuna xəyal qurmayacaqsan..!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 727
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri