Gözəl qızım, iki yaşı mübarək olsun...

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 36 179
Səs ver:
(səs: 3)
Canım Aysu qızım... olacağını öyrəndiyim gün heç sevinməmişdim... Məni səhf başa düşmə gözəl şirin balam...  Çünki olacağını öyrəndiyim vaxt Arzu bacın hələ iki aylıq idi... ikinci bəbişimin bu tezliklə olacağına heç hazır deyildim... Nəinki hazır olmaq heç ağlımın ucundan da keçmirdi... amma artıq sən həyatımıza gəlməyə hazırlaşmışdın... Həmin gün indiki kimi ağlımdadı... atana sənin olacağını söyləyəndə mənə tək bir kəlimə dedi ,,birdən mənə deməmiş nəsə edərsən... bax elə o andan atanın səni çox istədiyini gördüm... amma mən boşluğa düşmüşdüm...səni istəmədiyimdən deyil gözəl qızım, atamdan yəni babandan utanırdım...
 
 Gözəl qızım, iki yaşı mübarək olsun...

Bacın hələ balaca idi deyə bütün gün başım ona qarışırdı, səni çox düşünə bilmirdim... amma sən tez tez o balaca varlığını tərpənməyinlə mənə hiss elətdirirdin.... 9 ay , bətnimdə olduğun hər gecə əlimi üzərinə qoyub Allahıma dua edirdim... dua edirdim ki, mənə sağlam, əli ayağı düz bir bəbiş versin... 
Bir dəfə xalanla getdik UZİyə, ananın sənə baxdığını hiss eləmişdin sanki... əsnəyirdin, o xırda gilas gözlərini açıb yumurdun... o an yaşadığımın o duyğunu, keçirdiyim o gözəl hissləri heç bir kəlimə ilə izah edə bilmirəm... aradan illər ötsə də, sənin o şirin halın heç bir zaman yadımdan çıxmayacaq...
Günlərimiz çox tez keçdi... sən artıq bezmişdin.... həyatımıza gəlmək, Arzunu bacı etmək, atana və mənə ikinci dəfə ata ana olmaq sevincini yaşatmaqdan ötrü tələsirdin... Allahım səni də, ananı da çox istəyir... çünki  iş elə gətirmişdi ki, bacının doğuşunda olduğu kimi sənin də doğuşunda nənəngil, yəni ananın anası təsadüfən gəlmişdilər bizə....hələ kiçiksən gözəl qızım. inşallah böyüyüb bu anları yaşayanda biləcəksən ki, dar köynəkdə olan bir qız üçün anasının, bacısının  isti nəfəsini duymaq, varlığını hiss etmək nə deməkdir... ananı da Uca Rəbbimiz bu çətin anımızda tək qoymadı...
 
 
 
 Mənim şirin şəkər gül balam... olacağını öyrəndiyim gün sevinə bilmədiyim Aysu qızım... bu gün düz iki yaşın tamam olur... ana deyib üstümə yüyürürsən, o kiçik əllərinlə məni qucaqlayıb bal dadan dodaqlarınla məni öpürsən... bu gün sən mənə bir ananın yaşaya biləcəyi ən böyük xoşbəxtliyi yaşadırsan... xoşbəxt ol hər zaman gözəl balam... sənə Allahımdan hər şeydən əvvəl gözəl bəxt tale arzulayıram... bəxtin taleyin gözəl olandan sonra dünyadakı bütün gözəlliklər sənin olacaq.... ruzili, sevgi dolu, səadət dolu bir həyat yolu keçməyini diləyirəm... Allahım bütün anaların balalarını qorusun , içində də səni və bacını...
Öürəm səni şirin balam... doğum günün mübarək... yaxşı ki, Tanrı səni mənə verib...
 
 
Gözəl qızım, bu xəbəri sənə  Büllur xalan hazırlayacaqdı.. amma elə oldu ki, işləri çıxdı, hazırlaya bilmədi... amma sənə gözəl arzularını yazıb...
 
 "Şirinim Aysu,səni 2 yaşının tamam olması münasibətilə təbrik edir,yeni yaşında sənə can sağlığı arzu edirəm :mucux: . Diləyirəm ki,gözəlim,ailənin sevinci,fəxri olasan,gələcəkdə bütün arzu-istəklərinə çatasan,birdənəm,hər zaman ailənin başını uca edəsən,vətənimizə layiq,xeyirli bir övlad kimi yetişib,örnək olasan....inanıram buna,şirin qız...bir daha təbrik edirəm,neçə belə gözəl illəri sevdiklərinlə,ailənlə qeyd etməyin diləyilə :urek: ,kiçik xalan my_angel  :op:
 
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 36 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri