Bu günün SƏBƏBKARI - emis

Müəllif: arzum-aysum
Şərhlər: 20
Baxılıb: 2 471
Səs ver:
(səs: 3)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :ponpon: emis -di.... :ponpon:  buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - emis 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam Qadinlar.biz in gözəlləri, mən Qurbanova Rəfiqə   :03: 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
 doğum tarixim 1998 ci il   :08: 

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
 Canəm olmağına doğum günlərini elə də sevmirəm, ona görə də mənim üçün bir önəmi yoxdur doğum günümün, yəni bir söznən olsa da olar olmas da)) :11: 

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi ?

 hə atam paltar alıbmış, sonra kimsə kukla alıbmış, bir də atamın dostu saat naçnik almışdi, hələ de durur başı fantanlı falan qəşəngdi :20:

 

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
 Bu günə qədər çox hədiyyələr almışam hamısı da sevdiyim, dəyər verdiyim insanlardandı, seçim etmək çətindi, amma mənim üçün ən dəyərlisi ruhu şad olsun rəhmətlik babamın mənə mən 1 ci sinifə gedəndə aldığı qızıl sırqa və 4 il əvvəl atamən mənə aldığı qol saatı mənim üçün çox özəldi, hər ikisini də sevərək istifadə edirəm. :20:   

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Yox canım, bütün hədiyyəlrəi dəyərlidi mənim üçün nə aldıqları önəmli deyil, əsas odur ki, mənə dəyər verib ad günümə hədiyyə alıb gəliblər. :02: 

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə
Indiyənə qədər olmayıb, amma indi ürəyimdə istədiyim bir hədiyyə var, ümid edirəm bu doğum günümdə alarlar, almasalar da dilimnən istəyəcəm :23: 

8. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
 Indiyənə qədər doğum günümü unudan olmayıb çox şükür :128: 

9 Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
  Hə ediblər, deməli ayın 27 si mənim doöum günüm günü atamın işi vardi, mən də atam evdə deyildi deyə istəmədim ad günü falan, səhəri gün ayın 28 i bir də gördüm atam gəldi məni məktəbdən götürdü ki, evə gedək ,getdik atam mənə tort bişirtdiribmiş üstünə də şəklimi vuracaqlarmış, amma tort bişirənin printeri yanıb  :27: nəysə çox sevindim, səs küyü sevmirəm deyə heç kimi də çağırmamışdilar, yalnız öz ailəmiz idik, tortumu kəsdik çayımızı içdik fisyo.   :kahve:   :kiss_mini: 

10 Bu yaşına qədər səni cox xoşbəxt eden, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
  .Hə ediblər, birində 8-9 yaşım olardı atam kirvə durmuşdu ailəvi dostumuza həmin sünnət toyunuda mənim ad günümə salmışdılar, biz getdik ad günümü toyda keçirtdik, adım cəkildi, Rəfiqə mahnısı çaldılar :dj: əlimə çoxlu çoxlu pul verdilər, :23: bir də 15 yaşımı böyük keçirtmişik, padruqalarımı çağırmışdım, qohum əqraba hər kəs gəlmişdi , xoşbəxt idim. :09: 

11. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
  .Xeyr unutmayıb, unutmuş olsa da mən xatırladardım, amma bir söz də deyim ki, heç kəs mənim doğum günümü unutmayıb, amma mən hamının doğum gününü unutmuşam il boyu :06: 

12.Bildiyim qədər ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
  hə canım, 2 ci doğum günümdü qadinlar.biz də.  bu vəziyyətdən çox məmnunam, qızların təbrikləri səmimiliyi falan inanılmaz duyğular yaşadır insana, həmçinin də sənin də mənə göndərdiyin suallar unudulmazdır mənim üçün, ele bilirdim hazırlayan olmayacaq bu xəbəri :126: 

13.Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
  önəmi yoxdur canım, elə ilk təbriki sənin suallarınla aldım :01: 

14. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istədiklərin?
 Bu yeni yaşımda Tanrıdan yalnız ailəmə can sağlığı istəyirem, başqa heç nə :ltfen: :ltfen: :ltfen: 

 çox sağ ol canım suallar üçün   :20: :20: :20:

 

 

 

Canım mənimmm səni ürəkdən təbrik edirik.... Tanrıdan sənə gözəl, sevinc dolu, xoşbəxtlik dolu həyat diləyirəm... O gözəl üzün, o gözəl gözlərin heç bir zaman solmasın... gülüş, təbəssüm ömründən əskik olmasın...Tanrı hər zaman sevdiklərinin və yaxınlarının əhatəsində sənə çox amma çox gözəl bir həyat yaşatsın.. aminnn ...
 

(səs: 3)
Şərhlər: 20
Baxılıb: 2 471
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri