Açıq söhbət - Asya Müslümova (7)

Müəllif: Narın Yağış
Şərhlər: 12
Baxılıb: 2 154
Səs ver:
(səs: 3)
1. Salam qisaca olaraq özünüzü təqdim edin..
Salam.Tomris

2. Həyata niyə gəldiyinizi bilirsinizmi?
Əslində heç kim bilmir həyata niyə gəldiyini artıq doğulannan sonra həyat ki insanı bərkə-boşa salır necə deyəllər insan öz reysinə düşür və mövqe tutur.Və beləliklə niyə gəldiyini get-gedə dərk edir.

3. Həddindən artıq qürurlu insanlara münasibətiniz?
Bu həyatda yaşıyırsansa nə qədər ki nəfəs alırsan nə qədər ki torpağın üstündəsənsə qürurunda sınacaq,haqsızlığada məruz qalacaqsan,hər şeydən küsdüyündə olacaq.Çox qürurlu olmaqda bir şey deyil çünki onda nələrsə əlində gedə bilər.Təbii ki qürur hər şeydən üstündür amma yeri gəldiyində...

4. Uşağın tərbiyəsində sizcə Ananın rolu böyükdür yoxsa Atanın?
Ana olmasa uşaq olar?-yox bəs Ata olmasa uşaq olar?-yox..məlum məsələ...ona görədə hər iki tərəf də məsuliyyət daşıyır.uşağın başına bir iş gələndə ata ananın boğazından yapışır amma yeri gələndə də deyir tərbiyə verdiyin budu?? ona görədə zəhmət çəkib ikisidə tərbiyə verməlidilər

5. Yəqinki sizdə tez-tez eşidirsiniz..telefon planşet bir sözlə texnologiyanın daha çox inkişafı və uşaqların daha çox istifadəsi tərbiyəni pozur buna münasibətiniz necədir?
İndi 3 yaşında uşaqlar tlefon planşeti böyüklərdən yaxşı bilir dilini,və tez örgənir.bu özüdə qəribəlikdi.uşağı kiçik yaşlardan kitaba elmə aşılamaq lazımdı telefona planşetə facebook a yox!!

6. Əsas sevgidir sevgi olsa ailədə hər şey qaydasında olar sözüylə siz də razısız?
QƏTİYYƏN razı deyiləm bu fikirıə.nə sevgiyee? o ailədə ki söyüş var,o ailədəki ədəbsizlik var,maddi sızıntı var orda nə sevginin rolu var? qəbul edində belədi.Ən birinci Hörmətdi hörmət vəssalam!!

7. Belə bir söz daha tez-tez eşidirəm..Hər zaman imkansızı sevərik.. (imkansız deyəndə yəni mümkünsüz olanı..)sizcə buna səbəb nədir?
Sevgidə insani bir hissdir bunu danmaq olmaz. əl çatmaz birini sevək.bir müddət sonra necəsə oldu Allah üzümüzə baxdı əlimiz çatdı.sonra onun bir yalnış hərəkətini görəndə kobudluğunu xəyanətini görəndə gözdən düşür və sevgi-mevgidə yox olur! nə əl çatmaz axı?? əl çatmaz olan yalnız ALLAH başqa heckim!

8. Niyə insanlar aşiq olsalar belə sona qədər sadiq olmurlar? Bu iradənin zəifliyidir yoxsa?
bunu bütün insanlara şamil etməzdim.əsl aşiq olan sadiq olar.əgər sadiq deyilsə deməli münasibətdə boşluq var.
Kim məni qınayır qınasın bu məndə heçvaxt dəyişilmiyəcək bir fikirdir! elə bir kişi yoxdurki xanımına xəyanət etməsin! bu mümkünsüzdür. elə bir kişi olsa əlindən öpərəm...mütləq bivəfasızlıq olur sadəcə geci-tezi var.ola bilər sevsinlər ola bilər xanımına bağlı olsunlar amma nəfs məsələi var...bu münasibətin boşluğunnan yox! beyin boşluğunnan irəli gəlir

9. Net şagirdlərin təhsilinə mane olurmu?.
Bir mənalı olaraq bəli.orda 18+ görüntülər ola bilər,orda söyüş görə bilərlər niyə zorla böyütdüyümüz uşaq net də tez ayılsın? bacardığımız qədər bir yaş dövrünə kimi uzaq..

10. Mən şəxsən çox eşitmişəm deyirlər evin tək uşağı həmişə eqoist olur.. bu fikirlər sizdə razısız ?
Bəli belədi 99%.ərköyün-eqoist olurlar.bu iki xarakterdən biri mütləq olur..

11. Nifrəti gizlətmək olur yoxsa sevgini?
O baxır insanın xasiyyətinə.Əgər soyuqqanlısanla ikisinidə gizlədəcəksən.Mən şəxsən heç birini gizlədə bilmirəm hələ nifrəti heç gizlədə bilmirəm...

12. Sizin fikrinizcə öz ayaqlarımız üstündə durmaq üçün təhsil mütləqdirmi?
Yox.Fərasət önəmlidir! elə ali təhsillililər var ki bazarda kartof satır amma elə insanlar var ki a-nan,t-nı qanmır amma gəl onun yaşadığı şəraitə duruma bax...təhsi mütləqdi o heç amma fərasət onnanda önəmlidi

13. Niyə indiki qızların əksəriyyəti qaynana ilə birlikdə yaşamaq istəmir ? (Mən özüm də bu fikirdəyəm deyə sual verdim ümid edirəm maraqlı cavabla bizləri maarifləndirərsiz)
Bilirsiz o qızın yaşadığı ailədən başlıyır,formalaşır və nəticədə də o qənaətə gəlirki mən ayrı yaşıyacam.məsələn qız biraz naz-nazı böyüdülübsə,ərköyündürsə o gedib qaynana ilə qətiyyən dolanmıyacaq.amma elə qızlar vaki gedib külfət içinə düşür qəşəydə dil tapır hamıynan.amma ayrı yaşasaqda belə ailədə böyük yaxşı şeydi

14. Məcbur yalandan and içdiyiniz vaxt olubmu? (Tam səmimi)
Bəi olub.Mamama and içmişəm niyə yalanan danışım ki olmuyub.olub...

15. Niyə özümüzü inandırmaq üçün and içirik? Sizcə bu qarşımızdaki insanı inandırmaq üçün atdığımız bir addımdır yoxsa mövzunu daha tez bağlamaq üçün atdığımız addım?
Kim çox and içirsə bilinki o çox yalançı və səmimiyyətdən uzaq adamdır.özünü sübut edə bilmiyəndə o dəqiqə başlıyır and içməyə...

16. Sizcə indiki dövrdə yalan sevgi olur yoxsa sevgi özü yalandır?
Yoo sevgi niyə yalan olurki?sevgini çirkinləşdirən insanlardı yalançı. o qədər çirkinləşibki bu sevgi,səni sevirəm kəlməsi artıq ət tökən gəlir şəxsən mənə.qızlarımız o qədər özlərini gözdən salırlarki adını kişi qoymuşların ucuz sözlərinə inanıb o qədər boş-boş xəyallar qururlarki..nəticədə də deyilrki o qız fırlatdığım qızdı...

17. Niyə yalançı ikiüzlülər getdikcə artır sizcə bu yaşadığımız dövrlə bağlıdır yoxsa cəmiyyətimizlə?
Bu həyat əzəldə belədi belədə gedəcək.hamı yaxşı ola bilməz hamı çox pisdə ola bilməz.görürsüz çox yaxşı insandı dediyimiz bir insanın belə bəzən pis xasiyyəti ortaya çıxır hamı tam yaxşı ola bilməzki.eləcədə yaşadığımız bizi əhatə edən cəmiyyət...

18. Nifrətinizi nifrət etdiyiniz insana necə bildirərsiz?
Mən profilimdə də qeyd etmişəm,ümumiyyətcə heçkimə dəyib dolaşan biri deyiləm.amma kimsədə mənə dolaşsa onnan əl çəkən deyiləm.çox kinli biriyiəm çox.və heçnəyidə "unutmuram" qisas almağıda çox sevirəm....yəqinki anlaşıldı.

19. Sizin fikirinizcə nəyə görə indi texniki fənlərə nisbətən humanitar fənlərə üstünlük verilir? Sizcə bu dərslərin çətinliyi ilə əlaqədardır yoxsa indiki gənclərin humanitar fənlərə olan marağı ilə?
Yox sadəcə indi heçkim özünü əziyyətə salmaq istəmir hamı asana qaçır eləcədə mən özüm.ömür boyu texniki fənlərdən zülüm çəkmişəm qiymətlərim pis olub amma tarixi,ana dilini,ədəbiyyatı çox sevmişəm və həmişədə əla qiymət alırdım

20.Sualları bəyəndiniz? Biraz gec oldu üzrlü sayın ama bu layihə elədirki tam eyni suallar istəmirəm olsun ona görə vaxtım az olduğu üçün gec-gec hazırlıyıram..
Bəli çox bəyəndim cavablandırdıqca zövq aldım çox düşünürücü şablonluqdan uzaq suallar idi.təşəkkür edirəm dəvətiniz üçün hər bir işinizdə uğurlar arzu edirəm yolunuz hər zaman açıq olun...Əməyə dəyər verib oxuyan hər kəsədə minnətdaram!!

P.S: Yaşı 18-dən yuxarı olan hər kəs ismarıcla yaza bilər.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri