Novruzda yaşadıqlarım - Aydan Habili (10)

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 1 550
Səs ver:
(səs: 2)
 Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
Novruzda yaşadıqlarım - Aydan Habili (10) Aydan Habili 
  
Salam xanımlar necesiniz? təki yaxşı olasınız. qarşıdan gələn bayramınızı təbrik edir, yeni ilinizin uğurlu, bol bərəkətli olmasını arzu edirəm.....
 
 Hə belə, 2 il bundan qabaq universitetə hazırlaşan ili, yəni 11ci sinifdə oxuyan zaman novruz bayramında getdim qapı qonşumuzun qapısını pusmağa :dash_mini: niyyət etdim ki,  bu il uniyə verəcəm görəy nə eşidəcəm :128: bu qonşumuz da ləzgidi, getdim qulaq asanda ancaq ləzgi dilində sözlər eşitdim :122: başa düşmədim, gəldim evə, təzədən 1 saatdan sonra :alkis: getdim yenə  ləzgi dilində :28: eşitdim, nəhayət 3cüdə gəldim, eşitdim ki, dedi ki, Fəqiş can 'get gir' bu sözü sınadım, düşəli oldu, qəbul olundum,
sonra başqa adətlərdən üzük falını sınamışam, 2 dəfə etdilər 21-22 yaşa düşdü, o da düz çıxa bilər ki, mən də evlənməyimin o yaşlara düşəcəyini təxmin etmişəm, amma hələ ki, gözləyirəm də belə,

hər bir uşaq kimi  papaq atmağı çox səbirsizliklə gözləmişəm, o bizə xüsusi ləzzət verən adətdi, uşaqlarla birlikdə cəmisi ömrümdə bir dəfə pul olaraq 1 azn qoyublar,

sonra başqa adətlərdən ocaqdan atlanmada mən həmişə tullanmağı sevirəm, yəni çox uzağa tullanıram, 1 il bundan qabaqda çərşənbədə qonşularımızın yanında ocaqdan elə çox aralıya düşdüm ki sürüsüdüm :runner: otların arasından :122: çox gülməli vəziyyət alındı bacım da o saat gözlərini ağartdi ki, bəsdi də :mad: dedim sənə nə olub pərt olan mənəm də, amma onsuz qoşularımız həmişə məni balaca uşaq kimi :basket: hər oyundan qalmayan kimi ağıllarında :bookiz: böyük olsam da elə qalmışam,
 
 
sonra bizdə belə adət var ki, məhləmiizin uşaqları həmişə novruz bayramında keçəl kosa olub qapıları gəzirlər ki, Kim nə versə qənimətdi, toplayıb əsgərlərimizə verirlər (yəni biz hərbi şəhərcikdə qalırıq) hamı da uşaqlarımızın bu hərəkətini qiymətləndirir, neçə illərdi burda yaşayırıq, 90lardan bəri mamamın bir xələti var, ömur boyu onu geyinib gəzirlər qapını ki, kosa o xələti geyinir, onda mənim qardaşım uşaq idi hələ yaşı çatmırdı, çalğıyla gələndə qorxub gizləniridi, özü də hamısı da məhləmizin yekə oğlanları, biri bahar qızı :123: biri keçəl və kosa olurdu, dambadurubla :trompet: :dj: hər yeri gəzirdilər, artıq uşaqlar evləndilər böyüdülər növbə çatdı qardaşıma artıq, mamam istəmirdi qardaşım geyinsin :24: ona görə aparıb həyət evimizdə gizlətmişdi bu xələt,i evdə dava-qırğın :dv: axırı mamam gətirdi ki, ta geyinsin, qardaşım dedi sən bilmirsən adətdi, neçə ildi burda məhlədə, özü də bütun oğlanlarımıza vermisən mənə sıra çatıb vermiyəcəysən?! sadəcə olaraq mamam istəmirdi məsxərəyə çevrilsin, nə isə gəldilər həmişəki kimi qapıları gəzdilər, 2 dənə Un meşoku yığdılar, aparıb verirdilər əsgərlərə
 
 bu qədər inşallah başınızı ağrıtmadım, aaa bir də adət var idi ki, yaxşı yadıma düşdü, nənəm həmişə qız nəvələri üçün edib buğda qovurması, hərəsinə adımızı qoyub, kiminki tez tullansa o tez evlənəcəy guya)) həmişə də mənkiyle dayımqızınıkı tullanırdı 1ci, ona görə də bacımla onun bacısı əsəbləşirdi ki, bunlarinkı uşaqdı niyə bu qədər tez tullanır 
 
 belə xanımlar bu qədər sağ olun)))
 
       
 
Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri