Mənim gercəkləşməyən xəyalım-YalniZ-ArZu (8)

Müəllif: Totu
Şərhlər: 14
Baxılıb: 1 987
Səs ver:
(səs: 0)
Salam Qadınlar.biz saytımızın gözəl şirin qızları yeni lahiyəmlə qarşınızdayam.Hər birimiz xəyal qururuq.Yaşımız artıqca xəyallarımız da böyüyür çoxalır ama çoxumuzun bəzi xəyalları həyata keçmir.Ama hərbirimizə xəyallarımıza qovuşmağı arzu edirəm.Bu gün ki qonağım Yalnız-Arzu useridir o bu gün gerçəkləşməyən xəyallarını bizimlə paylaşacaq.

Salam QADINLAR.BIZ gözəlləri :03: TOTUma məni bu gözəl layihəsinə dəvət etdiyinə görə təşəkkürlər :123:
Keçim mənim gerçəkləşməyən xəyallarıma...demək mən balaca olanda ən böyük arzum müğənni olmaq idi))Özümü böyük səhnələrdə təsəvvür edirdim həmişə.Həyətə düşürdüm qonşular yığışırdı onlara konsert verirdim.İbrahim Tatlısəs,Mahsun Kırmızıgül mahnıları sayəsində zəngin repertuarim var idi.Onu da deyim ki,qonşular səsimi bəyənirdilər...mahnı filan da sifariş edirdilər hətta :hahahah: Həyətdə konsertimi bitirirdim gəlirdim evə,bu səfər başlayırdım konsertin ikinci hissəsini evdə davam etdirirdim)))Onda artıq bir az geniş götürürdüm...səhnə geyimim filan da olurdu.Evdə printləri çox xoşuma gələn prastina var idi,paltarımı soyunurdum(hamısını yox təbii ki :09: )bu prostinaya bürünürdüm,hindistanlıların sarisi fason bir şey düzeldirdim,ciyninə broş vururdum ki düşməsin...aaaa tamam yadımnan çıxmışdı...ölürdüm uzun saçlardan ötrü ancaq daramağa qoymurdum deyə anam həmişə mənim saclarımı qisa (o vaxtı şapochka deyilən bir model vardi)kəsdirirdi.Məndə uşaq ağlımla düşünürdüm ki,müğənni mütləq uzun saclı olmalıdır,ona görə balaca qardaşımın kalqotkasını keçirirdim başıma :122: ki,guya hörüklərimdir(keçəl qızın hörükləri kimi) :122: :122: Nəysə darağı da mikrofon əvəzi əlimə alıb,güzgünün qabağında özümə əl qatırdımda,daha nələr oxumurdum :sarkici: ...pərəstişkarlarım da konsert zalın dağıdırdılar. :128: Amma mamam mənə hirslənirdi ki,qapının önündən keçən olsa deyecək evdə dəli var :08:
Guya mənim elə veciməydi camaatin nə deyəcəyi :hh: evdəkilərin başın beynin aparırdım deyə mamam həmişə mənə deyərdi ki,bu dəqiqə səni atacam bloka :28: yazıq arvad çox dedi mən az eşitdim,axırda səbr kasası daşdı...bir axşam yenə konsertin ən kuliminasiya yeri idi,bu dəmdə mamam gəldi məni qolumnan tutub,qapıni açdı çıxartdı bayira qapını örtdü :15: Ənənəvi səhnə geyimim də əynimdə :122: bircə kolqotqanı çıxarda bildim başımnan :hahahah: prastinani hara çıxarım altından ancaq alt paltarım idi :09: İndi qalmışam blokda nə qışqıra bilirəm nə də qapıni bərk döyə bilirəm...qorxuram ki,qonşular eşidər :18: Mamama necə yalvarıramsa ki,qələt eləmişəm qapını aç...axrı məndən birdə belə hoqqa durğuzmayacağımla bağlı söz alandan sonra qapını açdı. :dash_mini: Beləcə qızlar mənim müğənnilik karyerama qəddarcasına son verildi :122: Ancaq hələdə mahnı oxumağı çox sevirəm :sarkici: Deyirəm mənim bu xəyalım gerçək olsaydi,kim bilir indi mənim haqqımda da xəbərlər oxuyardiz QADİNLAR.BİZdə :hahahah: Mənim haqqımda da indikilər kimi mənasız,məntiqsiz xəbərlər paylaşılardı,şərhləriniz də buna münasib olardı Bezdik artiq deyərdiz :122:
Oxuduğunuz üçün təşəkkürlər gözəllərim...hamınizi:mucux:
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 1 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri