Uşaqlığımdakı Novruz adətləri - _ŞN_

Müəllif: arzum-aysum
Şərhlər: 0
Baxılıb: 1 644
Səs ver:
(səs: 0)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Artıq iki çərşənbəni geridə qoymuşuq... Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Artıq üç ildir ki, Novruz ərəfəsində silsilə olaraq ,,Mənim Novruz xatirələrim,, ,Novruzda yaşadıqlarım,, adlı layihələr hazırlayıram. Bu il də bu silsiləni davam etdirmək qərarına gəldim. ,,Uşaqlığımdakı Novruz adətləti,, adı ilə. İstəyirəm ki, hər biriniz uşaqlığınızdan bu günə qədər yadınızda qalan Novruz adətlərini bizimlə bölüşəsiniz.

Baxın görün hansı bacımız bu dəfəki qonağımdı...

Uşaqlığımdakı Novruz adətləri - _ŞN_ _ŞN_

əvvəla salam qızlar...məni layihəsinə dəvət etdiyi üçün Türkan bacıya çox sağ ol deyirəm :mucux: keçək əsas məsələyə))
yoldaşımla sevgili olduğumuz vaxtlar o əsgərlikdə idi) mən də bezmədən otururdum fallara baxırdım ki? görüm bu işin axırı hara gedib çıxacaq :122: oturdum anamın nişan üzüyü ilə fala baxdım ki? neçə yaş çıxacaq? bu da getdikc' vurdu eee 30da dayandım uje, dedim qarıyıb evde qalacam deyəsən :122: sonra keçdim başmaq falına, onda uje nişanlanmışdıq birini atdım əyri düşdü dedim birin de atacam ee, ele atan vaxtda anam sağ olsun gəldi girdi içəri yaxşı ki, hədəfdən yan keçdi başına dəymədi :122:
sonra biz şəkərburanın üstünü qaşnan bəzəmişdik bantik falan vurmuşdum)) papaq atdılar biz də papağın içinə şəkərbura falan qoyduq, qapıdan çıxanda səhəri günü gördüm qaşdar yerdədi yeyib atıblar yerə, başıma elə bil qaynar su tökdülər :18:
bir dəfə də uşaq idim çox həvəslənirdim Novruz bayramına, amma hər dəfə bişirəndə balaca olduğuma görə qoymurdular naxış zad vurum, mən də eləmədim təmbəllik durdum hamısını özüm gizlincə altdan altdan naxışlamağa, düzdü pis çıxsa da özümə ləzət eləmişdi :122:
belə qızlar, yadıma bunlar düşdü ve mənə maraqlı olduğuna görə sizinlə də paylaşdım İnşAllah oxuyanda ürəyiniz sıxılmaz :123: oxuyan gözləriniz şərh yazan əlləriniz var olsun :heart:



Hə qızlar, ümid edirəm ki, maraqla oxudunuz... qatılmaq istəyən şəxsi mesajla mənə yazsın...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri