İkinci baharını yaşayanlara münasibətiniz? - MÜZAKİRƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 15
Baxılıb: 8 207
Səs ver:
(səs: 2)
Bu yaxınlarda şahidi olduğum bir söhbət (qeybət desəm daha uyğun olardı amma) bu müzakirəni sayta yerləşdirməyə təkan verdi. Söhbət əsnasında bir xanımın bu sözləri mənə təsir etdi "Məndə biləndən sonra ki, o ikinci dəfə ərə gedib, ondan uzaqlaşdım" Yəqin bu kəlimənin altında nə mənalar yatır, bilən bildi.
Həyat qəribəliklərlə doludur. Insanlar bir birlərini sevirlər ailə qururlar, xoşbəxt olmağı kim istəməz ki? Ancaq elə olur qurulan ailə uğursuz olur bosanmayacan gətirib çıxır və bəzi insanlar ikinci dəfə ailə həyatı qururlar. Fikriniz maraqlıdır:

Sizcə bir qadın əgər ilk ailəsi alınmayıbsa ikinci dəfə ərə getməyi doğrudurmu?

Ümumiyyətlə, bəziləri buna niyə pis baxırlar? Ikinci dəfə ərə gedənə barmaq arası baxmaq olar?

Bir qadının ilk evliliyindən övladı varsa, ikinci dəfə ailə qurması nə dərəcədə uyğundur sizcə?

Boşanmış qadına pis gözlə baxan cəmiyyətə görə, qadın məhz yanında onu qoruyacaq biri olsun deyə ərə gedir və bu səfər yenə qınanmaga başlanır. Bəs qadın nə etsinki, hamıya yarasın, Başı dinc yaşasın?

Gəlin bir anlıq özümüzü onların yerinə qoyaq. Bəs siz, ikinci dəfə ailə qurardınızmı?

Ümumiyyətlə fərqi yoxdur, qadın ya kişi : ikinci baharını yaşayan insanlara münasibətiniz necədir?


QEYD: Şərhlərinizdə etik qaydaları pozmayın.

Bir birinizin fikrinə hörmətsiz yanaşıb, xəbəri mübahisə meydanına da çevirməyin.

Nəzərə alın ki, aramızda da ikinci dəfə ailə həyatı qurmuş qadınlar ola bilər. Odur ki, nə onların nə də onlar kimi başqa qadınların heysiyyətinə toxunacaq şərhlər yazmayın.Heç kim bilmir sabah başına nə gələcək.

Əgər müəyyən bir fikrə sahib deyilsinizsə, onda başqasının əziyyət çəkib yazdığı şərhi sitat gətirib müzakirəni yola verməyin. Ondansa heç yazmamaq yaxşıdı.
Bu fikir "Təşəkkür" yazanlara da aiddir.

Ümüd edirəm, keçən dəfəki kimi bu müzakirədə də çox maraqlı şərhlər görərik. Buyurun xanımlar, söz sizdə :)
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 8 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri