Evliliyin növləri - Müzakirə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 525
Səs ver:
(səs: 2)
Salam. Sizləri son vaxtlar aktual gördüyüm bir mövzu ətrafında müzkirəyə dəvət etmək istəyirəm. Sevgi yoxsa məntiq evliliyi? Bu seçim qarşısında daha çox qızlar qalır. Bir çox ailələr var ki, öz qızlarını iş-güc qurmuş, evi olan, yaşı qızının yaşından ən az 5 yaş böyük olan oğlanla ailə qurmasını məsləhət görürlər və çox vaxt bunun ən düzgün yol olduğunu öz övladlarına başa salırlar. Oğlan valideynləri isə çox vaxt öz seçdikləri qızı oğlanlarına məsləhət görür, filankəsin qızıdır, tərbiyəli və əsl xanım kimidir, bunu al, deyə oğlanlarının fikrini yönəltməyə çalışırlar. Valideynlər məntiq evliliyini qızlarının və oğlanlarının universitetdə, məktəbdə və sair kimi digər yerlərdə tanış olduqları biriylə evlənməsini yəni sevgi evliliyindən daha üstün tuturlar. Öz sevgisinin ardınca gedib evlənənlər də var, amma valideynlərinin sözündən kənara çıxa bilməyənlər, onların fikilərinə hörmət edib əməl edənlər də var.

1) Yuxarı qeyd olunanlara münasibətiniz nədir?
2) Siz necə məntiq və ya sevgi evliliyi etmisiz ya hansını edərsiz?
3) Sizcə gənclərimiz son dövrlərdə daha çox hansı evliliyə üstünlük verir?
4) Sizcə məntiqlə yoxsa sevib evlənənlər daha çox xoşbəxt olur?

Səmimi fikirləriniz çox önəmlidir, əvəllcədən təşəkkürlər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri