Melek5 adlı userimizlə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 321
Səs ver:
(səs: 1)
1. Əvvala saytımıza xoş gəlmisən canım özünü bizlərə özünə məxsus şəkildə təqdim elə?
Salam adım Aytəndir amma siz sadəcə Mələk :128: deyə bilərsiz

2. Saytımızı necə tapmısan ilk saytımıza qədəm qoyanda tanışlığın kimlə oldu bizim gözəl saytımızda?
Dəbli geyimlər axtarırdım onda girdim ve bu gözəl saytla tanış oldum, ilk dəfə canım Wiyinka adlı userimiz ilə tanış olmuşam

3. Həyatında ən yadda qalan hadisəni bizlərnən bölüşə bilərsənmi əgər sirr deyilsə?
Həyatımda elə yadda qalan hadisə olmayıb yoxsa bölüşərdim :01:

4. Ən son nə zaman nəyə görəsə ürəkden sevinmisən? Və ya gülmüsən?
Onda sevinmişəm ki ad günüm olanda hamımız bir yerdə olmuşuq, gülməyə gəlincə mən gülərüz :122: bir qızam ona gorədə mənə fərqə eləmir

5. Səncə kobud bir insanın "nəzakətli adam maskası" taxması yaxşıdı, yoxsa kobudluğunu biruzə verərə insanların qəlbini qırması?
Məncə kobudluğu biruzə verib insanların qəlbini qırması çünkü nə qədər nəzakətli olsada biz bilirikki o nəzakətli üzün altında nə qədər kobudluq yatır

6. Həyatda nə ilə mübarizə apara bilmərsən?
Məncə hər şeylə mübarizə apara bilərəm çünkü güclü bir qızam

7. Xasiyyətini görünüşünü bizə necə ifadə edə bilərsən?
Qısqanc, səmimi, mehriban və gülərüz bir qızam görünüşümə gəldikdə isə qara saç, gözlərim qəhvəyi, orta boy

8. Sən necə xeyanəti bağışlayardansanmı? Sənə bunu canının qədər sevdiyin etsə necə?
Xəyanəti bağışlamaram ancaq bunu canım qədər sevdiyim birisi edərsə bağışlayaram

9. Desələr ki, 24 saat vaxtın var bu həyatdan köçməyə, nə edərdin?
Kimə nəsə pislik etmişəmsə ilk öncə onlardan üzr istəyərdim daha sonra qalan saatlarımı ailəmlə və sevdiklərimlə birlikdə şən keçirərdim

10. Sənə pislik edənə necə cavab verərdin?
Heç birşey etməzdim o göydəki Allahımız görür qoy Allahım onun cəzasını versin

11. Bildiyim qədəri ilə məktəblisən İNŞALLAH məktəbini bitirdikdən sonra hansı senet sahibi olmaq istəyirsən?
Hə məktəbliyəm bitirdikdən sonra tibb bacısı olmaq istəyirəm

12. Səncə həyatda sevgi qarsılıqlı olmalıdır? Qarşılıqlı olması vacibdirmi?
Məncə hə, məncə hə vacibdir çünkü qarşılıqlı olmasa o sevgi alınmır

13. Özündə bəyənmədiyin və tərgitmək istədiyin bir xüsusiyyətin varmı?
Yox elə bir xüsusiyətim yoxdur

14. Gedəcək olanları geri qaytarmaqmı yaxşıdır?Yoxsa həyatına davam edib gələcəyə baxmaqmı?
Məncə həyatına davam edib gələcəyə baxmaq

15. Ən böyük uğurun arzun nədir həyatda?
Ən böyük arzum ailəmlə və sevdiyimlə birlikdə xoşbəxt olmaq

16. Tək qalmaq istədiyin zamanlar olubmu? Həmin vaxtlarda nə düşünürsən?
Tək qalmaq istəmmirəm olandada gələcəyimi düşünürəm

17. Ən çox kimlərdən örnək alırsan?
Heç kimdən təkcə Allahımdan

18. Sənə ən yaxın olan düşmən,öz nəfsindir.Sən də nə vaxtsa nəfsinin quluna çevrilmisənmi?
Yox heç vaxt

19. Saytda ən birinci hansı userlə tanış olmusuz?
Birinci canım heart Wiyinka bacımla tanış olmuşam

20. Sizin üçün həyat nədir?
Məncə həyat xoşbəxtlikdir əgər xoşbəxtlik varsa həyatda var

21. Qısqancsız?
Hə hədsiz dərəcədə

22. Həyata ikinci dəfə gəlsəydiniz hansı səhvi bir də etməzdiz?
Hələ kiçiyəm buna görədə məncə çoxda önəmli səhfim olmayıbki onu düzəldim

23. Həyatda ən yaxın rəfiqəniz?
Bu dövürdə rəfiqə yoxdu olsada satqın rəfiqə

24. Saytda ən çox hansı userin şərhlərini bəyənirsiz(tam səmimi)
Ən çox bacım Güllü 18 adlı bacımın şərhlərini bəyənirəm

25. Saytda sizə ən yaxın 3 user kimdi(tam səmimi)
Hamınız mənim üçün yaxınsız amma ən çox bacım Malış, Antikvar və Güllü 18

26. Necə mahnılara üstünlük verirsiz?
Daha çox romantik mahnılara üstünlük verirəm

27.Xəyalpərəstsən? Xəyal nədir sənin üçün?
Elədə yox

28. Necə insanlari bəyenirsən?
Mehriban, səmimi gülərüz və məni anlaya biləcək insanları sevirəm

29. Sevgidə qürür var?
Məncə yoxdu, heç olmamlıdıda

30. Sualları bəyəndin?Ən çox bəyəndiyin sual hansı oldu?
Bəli :01: canım :wiyin: bəyəndim, bütün suallarını

31. Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Əziz bacılarım sizləri çooox sevirəm :wiyin: və həyatda sizə bitməyəcək bir sevgi hörmət arzulayıram hamınızı öpurəm :love:
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri