Qadinlar.biz saytı mənə nə verdi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 599
Səs ver:
(səs: 0)
Qadinlar.biz saytı mənə nə verdi?
Həyatımda nə dəyişdi?
Necə olduki, bu sayt həyatımın bir parçası oldu?
1 il 1 aydan artıqdırki, bu saytdayam. Saytda qeydiyyatdan keçməmişdən öncə bürcləri oxumağa gəlirdim.2-3 ay belə davam etdi və qeydiyyatdan keçməyi qərara aldım. 4 Avqust 2013-cü ildə qeyd oldum və ilk şərhimi də Ramil Qasımlının xəbərinə (Gülməli facebook statusları) yazdım. Daha sonra şərhlərimin sayı artdı və söhbət otağında da danışmağa icazə verildi. İlk tanış olduğum user PIWIK001 idi. Xəbər göndərmək barədə heç bir məlumatım yox idi. Komputerdə oturmağa vaxt tapan kimi ilk Qadinlar.biz saytına girirdim. O qədər öyrəşdimki sayta, sübh namazına qalxanda yatmırdim. Namazı qılıb bura girirdim. Belə-belə daha da bağlandım. Bir ara dərslərnən əlaqədar 3-4 ay girə bilmədim. Göndərdiyim xəbərlərin heç biri qəbul olunmurdu. Axırki, ketalar adlı xəbərimi göndərdim və aktiv oldu. Sonra maraqlı xəbərlər göndərməyə başladım. Hər gün saytı açanda ilk işım xəbərlərimə baxmaq idi. Görüm bu gün aktiv olacaq ,ya yox. Aktiv olanda çox sevinirdim. Sayt həyatımı rəngləndirdi. Hər gün yeni axtarışlar edib, maraqlı xəbərlər tapıram. Canım bacılarımçun göndərirəm. Ümidvaramki, xəbərlərimi bəyənirsiz. Mən bugün sayta aid xatirələrimi sizlərlə bölüşdüm. Qisa da olsa...

İndi isə demək istəyirəm Qadinlar.biz mənə sevgi, dostluq,hörmət səmimi münasibət verdi. Sizləri və saytı çox sevirəm.Həyatımı dəyişdiniz. Gozəlləşdirdiniz, rəngləndirdiniz!!!  Burda çöxlu hörmət etdiyim insanlar var. 
 
 Əziz userlər, indi isə növbə sizindir.Siz, saytla bağlı hesabatınızı verin.Sayta necə gəlmisiniz?Hansi mərhələlərdən keçmisiniz?Sayt sizin həyatınızda hansı yeri tutur?
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri