Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən Guler19

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 4 984
Səs ver:
(səs: 10)
Salam Qadınlar.Biz Ailəsi ilk xəbərimlə sizində fikrinizi örgənməy üçün gəldim və ilk yeni maraqlı xəbərimlə.Deməli belə isdədim xəbərimi sevgi üzərində hazırlayam sizlər sevgilinizlə nişanlınızla həyat yoldaşınızla ilk necə tanış olmusuz sizdə mənim kimi bölüşün ilk mən öz tanışlığıı yazıram kim isdəsə mənə şəxsidə yazar xəbər qismində hazıırlayaram..Həyat yoldaşı ilə ilk tanış olan günlərini bizimlə bölüşən Guler19 olacaq..
 
 "Bizim sevgi hekayəmiz mən üç yaşım olarkən başlayıb heart Allahıma çox şükr edirəm ki alın yazıma belə gözəl bir insan yazıb. Deməli belə başlayım sizəde deməyə. Mənim yoldaşımın atası anamın dayısidı. 3 yaşım olardı məktəbdə şənlik idi. Məndə getmişdim yoldaşımda. Qaynanam müəllimədi. Qaynatam isə məktəb direktoru idi. Mən çox gözəl bir gəlinlik geyinmişdim. Birdən qaynanam məni gördü. Atama nə gözəl bir qızın var dedi oğlunuda çağırdı. Yoldaşım məndən 6 ay böyükdü. Uşaq idim əlimdədə qəşəng güllər 20 var idi. Yoldaşımın qoluna girdim və ikimizin şəklini çəkdilər bəy gəlin səkli kimi və illər keçdi. Yoldaşım bir gün şəklə baxar və anasından bu qız kimdi deyə soruşar anasıda başlayar yuxarıda yazdıqlarımı danışmağa. Hər gün şəklə baxarmış və bir gün mən anamla bir qohum xəstələnmişdi ona dəyməyə getmişdik 16 yaşım olardı qaynanamda gəlmişdi. Biraz oturduq anası buna zəng etdiki gəl məni apar. Maşınla gəldi. Küşədə mənim anamla bunun anası durub söhbət edirdi. və məni gördü fikri qalmışdi məndə. Məndə başa düşdüm və anama yaxınlaşıb gedək dedim. Yoldaşım məni artıq ürəyinə atmışdı hər gün məni fikirləşirdi. G hərfi olan bir boyunbağıda almışdı özünə. Ama yaşımız az idi deyə heçnə edə bilmirdi. Yoldaşım məktəb oxumağa getdi. Artıq 17 yaşım vardı. Məni bir oğlan istəyirdi. Sən demə o yoldaşımgilin qonşusu imiş. Toyda görüb bəyənmişdi məni. Hər gün elçilərini göndərirdi. Bizdə onları tanımadığımızdan cavab vermirdik. Bir gün qaynanam zeng edər və anamı qonaq çağırar. anamda gedər. Başlayar qonşularını tərifləməyə oğlunun məni istədiyindən xəbəri yox idi. Qaynanam deyərki nə fikirləşirsən qızını ver getsin yaxşı ailədi oğlan tərbiyəlidi nəbilim belə sözlər deyər. Anamda gəlib atama deyər artıq valideynlərimin fikrində hə cavabı var idi. Məndə valideynlərimin öhdəsinə buraxmışdım. Ama yoldaşımın məni istəməyindən xəbərim yox idi. Qaynanam yoldaşıma zəng edər. Tezliklə toy olacaq gələndə mənə təzə paltar alarsan da deyər. Yoldaşım soruşandaki kimin toyudu qaynanam birinci oğlanın sonra mənim adımı çəkər. Mənim adımı eşidəndə dəli olar və tez evlərinə gəldi. Valideynlərinə hər şeyi danışdı. Onlar eşidəndə şoka düşdülər. Qaynanam açıb hər şeyi danışar mənim sayəmdə o qızı verdilər deyər. Yoldaşım lap dəli olar. Təzədən anamı qonaq çağırar. və başlayar onları pisləməyə elə pisləyərki anam onlara zəng edər və məni vermədiklərini deyər. Qaynanam hər gün zəng edərdi o qədər zəng edərdiki artıq bezmışdim. Hətta telefonun şunulun da çıxardırdım. Nə biləydik bunun məqsədi var. Yoldaşımda qalmışdi səhərdən axşamacan küçəmizdə. Artıq hər şey yavaş yavaş başa düşülürdü. və bir gün harasa gedirdim yoldaşım qarşıma çıxdı məni sevdiyini dedi biraz danışdı və getdi. Şoka düşdüm nə edəcəyimi bilmirdim donub qalmışdım. İnanırsız sonra anama deyib atama demiyib ama hardasa görübmüş atamlada yaman görüşüb. Dədəm deyir şoka düşdüm bu kim idi belə gəldi evdə danışdı. Və bir gün oturmuşduq qaynanam gəldi xeyir işə gəlmişəm dedi. Anam atam qoy bir birilərin tanısınlar dedi. Mənə zəng etdi. Hər gün danışırdıq ona elə bağlanmışdımki onu çox sevdim məni nece sevdiyini danışdı. artıq məndə onu sevirdim həmdə çoooooox. və biz nişanlandıq. Böyüklərimiz danışdıki bunlar hələ uşaqdı toyu 2 ildən sonra edərik hamı razılaşdı. Ama yoldaşım evdə neyniyibsə inanırsız 2 ay nişanlı qaldım. Sentiyabrın 7 qız toyu 8 isə oğlan toyu oldu. Çox xoşbəxtəm ki mənim alın yazıma ALLAH belə bir insan yazıb. Bir birimizi çox sevirik hara gediriksə hamı bizdən danışacaq elə bil təzə nişanlanıblar gör nə mehribandılar deyəcəklər. bax belə

Gülməli hadisə bir gün yoldaşımdan bulvarda gəzirdik. Yanımızdan neçə nəfər insan keçdisə hamısı türk dilində danışdı. Yoldaşıma dedim gəl bizdə türkcə danışaq. İsrar eləsədə dedim onda sən hiç sözünü deyərsən. dedi yaxşı. 2-3 nəfər gəlirdi irəlidən Bular yanımızdan keçəndə Dedim Aşkım nə yapalım yoldaşımıda bir gülmək tutdu. Vurdum oda dedi hiç. 122 Yanımızdan keçənlər bizə baxıb güldülər. Məndə elə bildim bular bizim qəşəng danışdığımıza güldülər. Mamagilə gedəndə bu hadisəni mamaya danışdım. Anam bəlkə yarım saat güldü. Dedi: bala olar sənin qəşəng danışığına gülməyibləre necə gülməli danışmısansa ona gülüblər 122

Birindədə nişanlı vaxtı danışırdıq evimizdə heç kim yox idi deyə rahat evləri gəzə gəzə danışırdım. Nişanımıza az qalmışdı. Yoldaşım dedi nişanda bir iş görmək istəyirəm bir adam lazımdıki mənə kömək eləsin. Qaqaşın kömək eləməz. Məndə tellə danışa danışa evə girəndə dedim qaqam adama səncə kömək eliyər onu qoyasan elə telefon qulağında gəzə. 122 Elə qızlar bunu demişdimki birdə gördüm qaqam yatıbmış mənim sözümə oyanıb. Tez söndürdüm teli dedim ay qaqa zarafat edirdimə 122 tərs tərs baxdı üzümə. Qızlar Miryusif ad günümə qəşəng tel almışdı. Onu aldı əlimdən Öz köhnə telini verdi mənə 122

Birindədə qızlar evdə nənəmlə oturmuşduq axşam idi. Bu dedi mən yatıram. Nənəmdə qızlar bir hasası var həmişə onunla gəzir. Məndə yorğanı atdım başıma başladım Miryusiflə danışmağa. Birdə gördüm qızlar üstümə elə bil ev uçdu. Bu oyanıb hasasın üstümə nətər çəkdisə o dünyanı görüb gəldim. 122 Uşaq kimi necə ağlayıram indi 122 Dedi atan gəlsin atana deyəcəm. Yalvardım dedim demə nə desən edərəm. Dedi abala gəl onda belimi oxala. elə o axşam canım nənəmi ovmaqla keçdi günüm 122
"

Ömür boyu xoşbəxt olun canım mənim
(səs: 10)
Şərhlər: 15
Baxılıb: 4 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri