1 yaşımız və 8 Mart bayramımız mübarək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 280
Səs ver:
(səs: 3)
Artıq  1 ildir ki, sizlər  üçün  çalışırıq. 1 yaşımız  Mübarək)))

Daxili gözəlliyi, istiqanlığı, mülayimliyi, güzəştə getmək bacarığı, sakitliyi və sabit şəxsiyyəti olan, bir sözlə bütün tikanlar arasında gül kimi qala və çiçək təravətini qoruya bilən qadın kişinin həyatının əsas hissəsi olur, unudulmayan, qəlbində və yaddaşında xüsusi yer tutaraq qalır. Çünki yola getməyi və güzəşt etməyi bacaran qadını kişi çox sevir. O qadın özünü başqa cür göstərməyə çalışmır.

O, dünyanın ən incə, zərif, sevimli, qayğıkeş, bir sözlə bütövlükdə cəm olan bir varlığıdır. O, arzuların, istəklərin çin olduğu reallıq, yollarını gözlətdiklərinin həsrətlə gözlədiyi bir muradıdır. O, dünyaya canlı bəxş edən əvəzi olmayandır. O, kiçiyi böyüyə zamanca çevirən varlıqdır. O, "QADIN”dır, öz əməyi, zəhməti, gülərüz siması ilə zərif görünən lakin böyük işlərə imza atan qadın…

O, bugün övladının böyüb başa çatmasına, onun təhsil almasına, isti bir ailə qurmasına dəstək olan anadır. O, bu gün işçidir, vəzifə sahibidir, dövlətin rifahı naminə önə atılan qüvvədir.

Biz bütün qadınlarımızı tarixin bu gününü qeyd edən Azərbaycan daxilində və ondan çox uzaqlarda yaşayan xanımlarımızı, qızlarımızı 8 Mart

Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik.

Peyğəmbərimizin (Cənnət anaların ayaqları altındadır) sözünün gətirərək  bütün Anaları, doğumdan ölümə qədər həyatın hər anında varlıqlarını hiss etdiyimiz, bizi böyüdən,yanımızda olan dəyərli Qadınları 8 Mart Dünya Qadınlar Gününü təbrik edirik.

Bu gün Beynəlxalq Qadınlar Günü olmasına səbəb olan Tarixi hadisələri ardıcıllığla veririk:

1857-ci il Nyu-York: Qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-York: 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.
1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi..
1910-cu il: Clara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.
1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı ” çörək və sülh” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1977-ci il: Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.

Hörmətli Xanımlar! Sizi 8 Mart münasibətilə Təbrik Edirik
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 9 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri