ღღღ11Aydır Bizimləsən Gözəl Qızım.ღღღ

Şərhlər: 22
Baxılıb: 2 832
Səs ver:
(səs: 0)
Evimizin bəzəyi nə yaxşıki gədin. Sənsiz evimizin gülü solğun idi. Sənsiz ağzımızın dadı yox idi. Gəlişinlə evimizə bir bahar, bir dad gəldi. Sənsiz biz yaşamırmışıq.
Bu gün 11aydır ki, evimizdə bir şənlik var. O şənliyi sənsən edən bir dənəm, gözümün nuru, nə yaxşıki gədin həyatımın mənası. Sən mənim bütün həyatımı dəyişdin, ən önəmlisi mənə gəlişinlə dünyada ən gözəl hissi, ən gözəl adı vermiş oldun ANA oldum mən. Bu hissi başqa nə əvəz edə bilərki gözəl qızım, heç nə əlbətdəki. Səni dayanmadan, durmadan tam 5il istədim uca Allahimdan. 5il nə əzablar çəkdim sənsiz bir Allahım bilir. Günüm gün deyildi yox, yox elə bilmə məni evdə incidirdilər yox qəti. Dahada təsəlli verirdilər, olacaq deyirdilər, hələ uşaqsan nə yaşın varki deyirdilər. Amma mən sənə qovuşmaq istiyirdim tezliklə, məndə Ana olmaq istəyirdim. Sənsiz günlərimin boşa keçdiyini düşünürdüm.
Birinin yanında körpə görəndə üzüm gülürdü amma ürəyim sızıldıyırdı. Məndə istiyirdim mənimdə yanımda körpəm olsun, onu əzizliyim, sevim, nazını çəkim. Həmin körpəli yerdən ayrıldıqdan sonra gəlib evdə öz otağımda o qədər için-için ağlıyırdımki. Yenə başlıyırdım Allahımdan səni ömrümə istəməyə.
Evliliyimizdən 4 il 7ay keçmişdi. 23aprel sən həyatımıza gələcəysən xəbərini aldıq. Allahım bu necə hissdir, bu nədir yoxsa yenədəmi aldanırıq deyə düşünürdüm. Sənin gələcəyini bilirdim amma yenədə qorxurdum, səni itirərəm deyə. Çox sevinə bilmirdim yenədə səni itirərəm deyə düşünürdüm. Sevinənlər var idi bu xəbərə, gəlib təbrik edirdilər,sevinirdilər amma mən isə mənim içimdə bir qaranlıq var idi ki, birdən sevincimiz yarımçıq qalar. İnana bilmirdim Allahım səni bizə qismət edib. Normal idi neçə illər sonra sən gəlirdin.
Günlər, həftələr, aylar keçmək bilmirdi. Səni səbirsizliklə gözlüyürdük, tez gəlməni istiyirdik. Səninlə hər gün söhbət edirdim.) Sənsə məni hiss etdiyini,eşitdiyini tərpənişlərindən bilirdim.) Məni hiss edirdi gözəl, ağıllı qızım... Bu hissləri yaşamaq çox gözəl idi.
Vəəə nəhayət həmin gün gəlib çatdı. :girl_in_love: Biz əslində səni bu gün gözləmirdik, hələ vaxt var idi gəlişinə, sən isə hiss etmişdin səni necə arzuladığımızı. Bu həsrətə son qoymaq istədin. Tez gədin 1 ay. Hamı təlaş içində idi. Tezliklə bizi çatdırdılar xəstəxanaya. Çox həyacanlı idim axı 1 ay tez gəlirdin. Qorxurdumki sənə nə isə olar. Həkimlər, tibb bacıları bütün hazırlıqları gördülər və bizi əməliyyat otağına qaldırdılar.
Ayıldığımda əməliyyat bitmişdi, başımım üstündə bir tibb bacısı olduğunu hiss elədim. Tək soruşduğum sən oldun _ "Qızım hanı, necədir?" Tibb bacısı _ "gözün aydin qızın çox yaxıdır,onu görməy istiyirsən?" Mən isə çox halsız idim, sənin yaxşı olduğunu bildim əsas o idi yenədə huşumu itirib yatmışdım(narkozun etkisi idi).
Gətirdilər məni palataya. Hələ səni görməmişəm amma ürəyim partdıyır səni görməy üçün. Nəhayət budur mən o hissi daddım, neçə ildir arzu etdiyim hissin dadı idi bu. "Mən ANA olmuşdum". İstiyirdim hər kəs bilsin, hər kəsə duyurum "Mən ANAYAM". Səni qucağıma aldım, qoxladım, bağrıma basdım, qoxunu ciyərlərimə çədim və yenədə ağlıyıram, bu dəfəki göz yaşlarım təbii sevinc göz yaşları idi qızım. Sən gəlmişdin 5 ildən sora nəcə olmamı düşünürsən. Həyatımız dəyişdi sənin gəlmənlə,evimizə nəşə gəldi. Hər kəs sevinir sənin gəlmənə, bizi tanıyanlar və hətta tanımıyanlar belə. Sən bir başqasan İncim, sənin varlığın heç nəyi əvəz etmir. Sənsiz yaşamamışıq biz, sənsiz günlər görməmişik biz.
Qaranlıq dünyamı gəlişinlə işıqlandıran qızım xoş gəldin dünyaya. Təşəkkür edirəm məni ANA etdiyin üçün, mənə ANALIQ hissini yaşatdığın üçün.
Və sonda bütün arzusunda olan xanımlarımıza ANA olmasını Allahımdan diləyirəm. Allahım heç bir gözdə arzu qoymasın inşAllah. Çoxlu dua edin Əziz bacılarım. Hər bir dərdin dərmanı duadır unutmuyun.
(səs: 0)
Şərhlər: 22
Baxılıb: 2 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri