Qadinlar.biz-lilərin Yeni il arzulari

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 2 569
Səs ver:
(səs: 0)
Qadinlar.biz-lilərin Yeni il arzulari


Uşaqlıqdan hər kəs şaxta babanın varlığına inanıb. Amma hər zaman şaxta babalarımız valideynlərimiz olub. Çünki uşaq olarkən utanmadan istədiyimiz oyuncağı göstərə bilirdik. Və bir uşaq üçün bundan böyük arzu yox idi. Bir valideyn üçün də məhz övladının arzusunu yerinə yetirmək üçün şaxta baba obrazı yaratmaq çətin deyildi. Amma böyüdük. Böyüdükcə bəzi arzular əllə göstərilə bilmədi. Ya da valideynimizin qulağına pıçıltıyla deyə bilmədik istədiklərimizi. Çünki özümüz reallaşdıraq istədik. Amma bəzən yollarını itirdik və bu arzularımızın qeyri-real olduğunu düşündük. Əslində düşündüyümüz qədər çətin deyilmiş arzularımızı reallaşdırmaq:

Qar yağmış, hər tərəf ağappaq idi. Heç deməzsən ki gecə idi. Sakit külək əsir, qar dənəcikləri pəncərəyə toxunurdu. Bu vaxt yuxarıdan sanki bir işıq kimi nə isə keçdi.
Bu ki Şaxta babanın maralları idi. Şaxta baba yenə uşaqları sevindirmək üçün hədiyyələri paylamağa çıxmışdı. Bu gün bir çox Qadınlar.biz userlərinin hədiyyəsini paylamalı olduğunu bilirdi, ona görə də hər kəsin evinə gecə bitənə kimi getməli idi.Və onların arzularını bilmirdi. Qadınlar.biz-userləri bəs sizin arzularınız nədir?
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri