Salam saytımızın gözəlləri :03: Gəldim deyəm ki, hamımızın sevimlimiz BARBARİS qız övladı gətirib dünyaya.:128:
Bir az başim qarişıq olduğundan xəbəri sizə bir neçə gün ləngiməylə verirəm:09: Amma yenə də duyduq duymadıq deməyin, Noyabrin 14-də aşkitom Barbaris qız anası oldu:ponpon:
Canım Jaləm səni 2-ci dəfə ana olmağın münasibəti ilə təbrik edirəm bitanem:mucux: Arzu edirəm qızının həyatı işiqlı və gözəl olsun. Şənlik və sevinclə böyüsün. :128: Ailənizə daha da mehribanlıq, sevgi gətirsin kiçik möcüzən:quc:
Allaha çox şükür ki, əməliyyatın uğurlu keçdi qızını sağ-salamat dünyaya gətirdin. Sağ əlin hamilə qızlarımızın başına.:empathy: Qızını ürəyin istədiyin kimi böyüdəsən, Allah uzun ömür ruzi bərəkət versin ki, övladlarının sevincli günlərini görəsiz, onlara dair nə planlarınız varsa bir valideynlər olaraq hamısını reallaşdırasız.:dua:
Qoy qızını və şirin oğluşunu hər zaman sevinc əhatə etsin, onların qəhqəhələri evinizi bəzəsin hər zaman.:hmmm: Eniştəmə və sənə valideyn sevgisi və bolluca səbr arzu edirəm, axı ilk aylar bir az çətin olur körpə qulluğu.:ihi:
Canım mənim sağ əlin bütün övlad arzusunda olan anaların başına olsun, onlar da bu gözəl duyğuları hiss etsinlər.:dua: Qız övladı Allahın bir lütfüdür, Allah onu sizə sizi ona çox görməsin. Övladlarından yana hər zaman sevinclə fərəhlə danışasan, onlarla bağlı nə planların var hamısı real olsun inşallah.:128:
Gəlinimə yaxşı bax haa, qaynanası indidən ona super hədiyyələr alıbdı, kim inciyəre mənim kimi qaynanadan:kivir: İnşallah bəyənərsiz mama bala:ufff: