3. Mövzu ya tərcümə olmalıdır ya da özünüz xəbər olaraq hazırlamaq bacarığınız varsa, məqalə yaza bilərsiniz. Amma tərcümədirsə, həmin saytın linkini xəbərin altında göndərin ki, doğru olub olmadığını yoxlayaq. Göndərməsəniz, nə desəniz də qəbul etməyəcəm. Həmçinin bu yazı sırf mənə aiddir deyirsinizsə, yoxlanacaq. Aznetdən olduğunu bilsəm siləcəm xəbəri və ya sonradan bilsəm həmin user cəzalanacaq.
4. Xəbəriniz azəri şiriftdə olmalı və rəngini, şəklini özünüz etməlisiniz. Yarışma tipli olduğu üçün Redaktor və Mən redaktə etməyəcəyik ( Şəkil ölçüsü düz olmasa biz edəcəyik)
Qalib necə seçilir?
1.Xəbərləri yığıb həftənin bir günü yayımlayacam . Bunu öncədən xəbər verməyəcəm ki, rəfiqələr iş başında olmasın)
2. Qalib xəbərə yazılan ya rəyə görə, ya da baxış sayına görə seçiləcək, bu dəyişəcək tez - tez.
4. Mövzular 00:00 da yayımlanacaq və 23:00 da hesablanacaq. Gün bitməmiş qalibi açıqlayacam.
Qeyd: Qalib olan userəGünün Müəllifi olaraq medal veriləcək.
Bu yarış sayəsində bir çox şeylər öyrənmiş olacaqsınız. Həm xəbər göndərməyi, həm mövzularla səliqəli işləməyi. Həm də fərqlənmiş olacaqsınız. Yarış 26.08.2013 tarixində başlayacaq