Anorqazmiya nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 492
Səs ver:
(səs: 0)
Anorqazmiya frigid və ehtiraslanmıyan qadınlarda müşahidə olunur. Bu yalnız qadınlarda baş verir, çünki kişilərə xas deyil.
Qadınlar orqazmdan asılı olmayaraq, intim həyat sürüb uşaq dünyaya gətirə bilər. Anorqazmiya çox vaxt cinsi marağın aşağı düşməsi ilə uyğunlaşdırılır. Anorqazmiyanın səbəbləri nevroz, depressiya, stress, harmonal disfunksiya və s. kimi amillər ola bilər.
Anorqazmiya Total ola bilər. Orqazm nə intim yaxınlıqda, nə də stimulyasiyada baş vermir.
Qismi ola bilər. Orqazm yalnız erotik yuxuların və masturbasiyanın təsiri ilə yarana bilər. Cinsi yaxınlıq zamanı və partnyorun cinsi orqanları stimulyasiya edildiyi halda baş vermir.

Anorqazmiya aşağıda adı çəkilən hallarda özünü biruzə verir:


Uydurma anorqazmiya: Bu adətən təkrar bir neçə orqazm keçirə bilən, lakin bunu edə bilməyən qadınlarda baş verir.

Yanlış anorqazmiya: Tez ehtiraslanan qadınlarda orqazm hiss olunur və tez baş verir, amma axıra qədər yetmir və yüksək şəkildə ifadə olunmur.

Əsilsiz anorqazmiya:
Qadın orqazmı yalnız əlavə klitor stimulasiyasında keçirə bilər, amma cinsi əlaqə zamanı bu baş vermir.

Anorqazmiyanın həllini tapmaq asan deyil, amma yaxşı həkim üçün – adi məsələdir. İlk növbədə səbəblər aydınlaşdırılmalıdır. Ginekolog tam olaraq müayinə aparmalıdır. Əgər problem tapılmasa, yolunuz psixiatrın qapısından keçməlidir.

Müalicəsinə gəldikdə isə, adətən trankvilizatorlar, antidepressantlar, vitamin və hormonal preparatlar istifadə olunur. Amma, bildiyiniz kimi, həkim mütləq müayinə aparmalıdır.

Anorqazmiya cinsiyyət orqanlarında qanın durğunluğuna səbəb olur. Bununla belə iltihab da baş verə bilər. Bu isə daha da güclü nevrozların yaranma səbəbidir. Beləliklə, hörmətli xanımlar, əgər anorqazmiyadan əziyyət çəkirsinizsə, mütləq həkim seksapotoloqun yanına gedin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri