Cinsi passivlik hansı problemlər yarada bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 737
Səs ver:
(səs: 1)
1. Oxucu sualı: Salam. Mənim sinəm kiçikdi. Bir neçə rəfiqəmdən eşitmişəm ki, böyütmək üçün təbii üsullar, yağlar var. Siz nə məsləhət görərdiz təbii üsulla sinə böyütmə üsulu kimi? Əməliyyat ya da slikon etdirməyə qorxuram. Uşaq olandan sonra ona süd verə bilmərəm deyə.

1. Həkim cavabı: Salam. Əvvəla qeyd etmək istəyirəm ki, döş vəzilərin əsas toxuması piy hüceyrələrindən ibarətdir. İnsan çəki itirdiyi zaman sinəsi də balacalaşır və yaxud, kökəldiyi zaman – böyüyür. İrsi faktoru da, yəni individual anatomik quruluşa təsirinidə nəzərdən qaçırmaq lazım deyil.
Döş vəzilərini qeyri-cərrahi yolla böyütmək üçün xanımların tətbiq elədiyi bəzi üsullar var:
• idman məşğələləri döş əzələsinin inkişafına kömək edir və bu sinən daha hündür və böyük görünməsinə gətirir)
• massaj (kontrast duş altında, təbii yağlarla, Mieko Yoşımarunun texnikası və s.)
• xüsusi qida məhsulları (süd və süd məhsulları, dəniz məhsulları, toyuq əti, omeqa-3, 6, 12 tərkibli məhsullar, kələm, bəzi dənli bitkilər və s.)
• çox nadir hallarda hormon preparatları (mütləq ginekoloqla məsləhəti vacibdir).
Ancaq bu üsullar Sizi qane edəcəkmi? Bunu tam əminliklə demək olmaz. Cərrahi üsula gəldikdə isə hal-hazırda əzələaltı implantlar (bunlar uşağlara süd verməyə mane olmur) çox inkişaf edib, lakin bu yenədə fərdi yanaşmadan asılı olan amildir.

2. Oxucu sualı: Salam, həkim. Mənim 19 yaşım var. Heç vaxt cinsi əlaqədə olmamışam, evlənənə kimi də olmaq istəmirəm. Amma dostlarım deyir ki, bu hansısa xəstəliklər yarada bilər, dözə bilmərəm və.s. Öyrənmək istəyirəm, doğurdanmı kişi üçün cinsi əlaqədə olmaq bu qədər vacibdir? Olmasam nə ola bilər?

2. Həkim cavabı: Əvvala qeyd etmək istəyirəm ki, cinsi əlaqə və ümumiyyətlə cinsi həyat hər kəsin səxsi işidir. Və hər kim olursa olsun, buna heç kimin qarışmağa ixtiyarı yoxdur. Bu məsələdə hansısa konkret qərar vermək üçün, 19 yaş hələ tezdir. Orqanizm hələ təzə formalaşır, təzə yetişir və bir vücud, bir şəxsiyyət kimi təzə başlayır özünü dərk etməyə. Sakitcə istədəyiniz kimi həyatınızı yaşayın, təbiət hər şeyi yerbəyer edecek və vaxtı gələndə öz sözünü deyəcək. O ki qaldı fəsadlara: uzun müddət cinsi əlaqəsiz qalmaq ziyan verə bilər. Cinsiyyət sistemində durğunluq, prostat vəzində durğunluq və iltihab xarakterli problemlər, cinsi həvəsin azalması, umümi funksiyanın sönüklüyü ola bilər.

3. Oxucu sualı: Salam həkim. Mən ailə qurmağa hazırlaşıram. Amma ən azından birinci ili uşağımın olmasını istəmirəm. Bunun üçün ən təhlükəsiz qorunma vasitəsi hansıdır?

3. Həkim cavabı: Kontrasepsiya üsulları müxtəlif hormonal kontraseptivləri (kombinəedilmiş estrogen-hestagen və ya yalnız progestin tərkibli), uşaqlıqdaxili, cərrahi, baryer kontrasepsiyasını, spermisidləri və qadının fertil günlərinin təyin edilməsinə əsaslanan üsulları daxil edir.
Hansı üsulun Sizə da uyğun olduğunu ancaq ginekoloq məsləhət edə bilər. Həkim yaşa, bədənin reaksiyasına, bədənin vəziyyətinə , gələcək planlara müvafiq olan üsulu seçmənizdə kömək edəcək.

4. Oxucu sualı: Salam. Hepatit C-nin müalicəsi varmı? Mənim bir tanışım bu virusun daşıyıcısıdı. Müalicə alır, Amma mən eşitmişəm ki, onun müalicəsi yoxdur. Düz bilirəm yoxsa yox?

4. Həkim cavabı: Salam. Hal-hazırda Hepatit C virusunun mualicəsı üçün bir neçə üsul var:
• əsas virusəleyhinə terapiya ( interferon alfa, ribavirin və s.)
• hepatoprotektor terapiya ( essensiale, vitamin)
• immunomodulyator və s.
Düzgün müalıcə nəticəsində virusun aktiv çoxalma prosesini (replikasya) ləngitmək mümkündü, bu əsas hədəfdi. Lakin müalicənın nəticəsi pasientin vəziyyətindən, xəstəliyin inkişafından, düzgün müalicədən asılıdı.

5. Oxucu sualı: Salam, həkim. Mən qız uşağıyam. Bilmək istəyirəm mənim tampondan istifadə etməyimin nəsə ziyanı ola bilər? Ümumiyyətlə tamponun hansı ziyanları var? İstifadə etmək məsləhətdir ya yox?

5. Həkim cavabı: Salam. Bu Sizin anatomik quruluşunuzdan (qızlıq pərdəsinin dərinliyindən) , tamponun daxil etmə qaydasından və tamponların ölçüsündən (ilk öncə kiçik tamponlara üstünlük vermək olar) asılıdır. Amma yenə də bəzi hallarda qızlıq pərdəsini zədəlıyə bilər, daha ətraflı məlumat üçün ginekoloqla fərdi danışıq məsləhətlidir.

6. Oxucu sualı: Salam sualıma görə əvvəlcədən üzr istəyirəm, amma bu sualı soruşa biləcəyim başqa kimsə yoxdu. Ümid edirəm ki, sizin həkimlər sualımı cavablandıra biləcək. Mən bilmək istəyirəm qızlarda qızlıq pərdəsi nə qədər dərinlikdə olur. Yəni qız özü masturbasiya zamanı əli ilə onu zədələyə bilərmi? Əgər zədələnsə, yenidən bərpa edilirmi? Bu toy gecəsi olan dəyişiklikdən nə iləsə fərqlənir? Xahiş edirəm sualımı cavablandırasınız

6.Həkim cavabı: Salam. Qızlıq pərdəsi əsasən vagina girişinin 1-3 sm dərinliyndə yerləşir. Lakin bu ümumi məlumatdır, hər insanın anatomo-fizioloji quruluşdan asılıdır. Bəli masturbasiya zamanı zədələnmə (və yaxud tam deflorasiya aktı baş verə bilər) mümkündü, yenə qeyd etdiyim kimi qızlıq pərdəsnin qalınlığından, quruluşundan, dərinliyindən, elastikliyindən asılıdı və Sizin istifadə etdiyiniz üsuldan.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri