Hamiləliyə maneə törədən vəziyyətlər nələrdir?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 738
Səs ver:
(səs: 0)
Ölkəmizdə təxmini 7 cütlüyün birində infertilite (sonsuzluq) mərkəzli problemlər görülür. Hamiləlik istəyən və hər ay edilən hamiləlik testinin mənfi nəticələri ilə ciddi üzüntü yaşayan cütlüklərin mənəvi itkiləri cütlüklər arasındaki ünsüyyətə də təsir edir. Bu kimi vəziyyətlərdə köməkçi artım üsullarına müraciət edən xəstələrin sayı artarkən, müalicəyə başlamazdan əvvəl hamiləliyə maneə olan faktorların təyin olunması və problemə görə tətbiq olunan müalicə seçimlərinin qiymətləndirilməsi lazımdır. Әks halda müalicənin maddi və mənəvi itkiləri artım göstərə bilər. Ancaq hamilə qala bilməmə problemləri yaşayan cütlüklərin mütəxəssis bir həkimə görülməsi və lazımi müalicə şəklinin təyin olması ile xəyallar gerçəyə çevrilə bilər. Bu səbəblə hamiləliyə mane olan en sıx qarşı-qarşıya gəlinən vəziyyətlər aşağıdakı kimidir:

Yumurtlama pozuntusu
Qadınların müəyyən bir qismi təsiri altına alan polikistik over sindromu aybaşı periodlarının nizamsızlığına və kişilik xormonun artmasına səbəb olur. Qadınların təxmini 10-15 faizində yumurtalamaya mane olan ən sıx görülən səbələrdən birisidir. Hamiləlik üçün axtarılan ilk meyar keyfiyyətli yumurtalardır. Orqanizmin uşaq doğa bilmə sistemində daxil olan aybaşı qanamaları bəzi səbələrdən ötəri təsirlənərək hamilə qala bilməmə probleminə səbəb olur. Әslində yumurtlama funksiyalarında yaşanan bir fəsadlığın göstəricisi olaraq aybaşı qanamaları dəyişir. Xüsusilə qidalanma, xəstəlik və streas kimi xormonal qurğusu təsirlənən problemlər aybaşı qanamalarına yəni yumurtlama funksiyalarına mənfi təsir edir. Ayrıca aşıhəddindən artıq çəki, obezite ya da ideal çəkinin çox daha altında olma və tiroid vəzillərindəki nizamsızlıq yumurtlama funksiyalarında təsirli rol oynayır. Sağlam və ideal çəkidə olmaq uşaq doğa bilmə şansını artırır. Bunun xaricində yumurtalamaya maneə törədən vəziyyətlərin araşdırılması və müalicəsi üçün mütləq həkimə müraciət edilməsi tövsiyə edilir.

Fallop tüblərinin tıxalı olması
Hamiləliyə maneə törədən faktorlar arasında tüblərin tıxalı olması yer alır. Fallop tübləri sperma və yumurta hüceyrələrinin bir araya gəlməsini təmin edən funksional bir körpü vəzifəsindədir. Cinsi birlikdəlikdən sonra spermalar rəhm kanalı və rəhm ağızı ilə rəhmə çataraq tüblərə, oradan döllənəcəyi yumurtaya çata bilir. Egər tüblərdə bir tıxanıqlıq sözün mövzusu konusu isə, artım hüceyrələrinin bir araya gəlməsi və hamiləliyin meydana gəlməsi demək olar ki,qeyri-mümkündür.

Cinsi yolla bulaşan infeksiyalar
Cinsi yolla bulaşan infeksiyalar, şokolad kisti, keçirilən xarici hamiləlik əməliyyatları və digər pelvik əməliyyatlar ətraf toxumalarda və tüblərdə adezyonlara (yapışıqlıq) səbəb ola bilər. Tüblərin tıxanması halında normal yollardan hamiləliyin əldə edilməsi mümkün deyildir. Xüsusilə endometriozis (şokolad kisti) ya da pelvik inflamatuar kimi artım sisteminə təsir edən vəziyyətlər fallop tüblərinin funksionallığı baxımından böyük risk meydana gətirər. Ayrıca qarın boşluğu iltihabı da eyni risk faktorlarından ibarətdir. Bu kimi vəziyyətlərdə ümumiyyətlə tüp bəbək müalicə üsulları tövsiyə edilir.

Kişi qaynaqlı problemlər
Hamilə qala bilməmə yəni sonsuzluq problemləri yalnız tək bir cinsiyyətə mensub olmayıb, qadın və kişi artım sisteminə təsir edir. Xüsusiyyətlə günümüzün həyat şərtlərinə görə ekoloji faktorlar və qidalanma vərdişləri kişi sonsuzluğunun artmasına səbəb olur. Sperma keyfiyyəti, sperma sayı və hərəkətliliyin kafi olmaması halında sonsuzluq problemi oluşur. Ayrıca həddindən artıq çəki, siqaret və spirtli içki istifadəsi sperma keyfiyyətinə təsir edir.

Keyfiyyətli yumurtanın olmaması (irəli yaş)
Hər qadın müəyyən bir yumurta sayı ilə dünyaya gəlir. Lakin irəliləyən yaşla birlikdə fərdin həyat tərzindəki mənfi davranışlar yumurta ehtiyatlarına təsir edir. Bu səbəblə qadınların ireliləyən yaşlarda kafi kefiyyətə sahib yumurtaların olmaması, hamilə qala bilməmə problemləri arasında yer alır.

Endometriozis (şokolad kisti)
Xalq arasında şokolad kisti deyilən endometriozis, qadınların her ay nizamlı olaraq aybaşı qanamasını reallaşdıran rəhmin iç astar toxumasının rəhm xaricindəki tüblərə, yumurtalıqlara ya da qarın içi boşluğuna yerləşməsi nəticəsində meydana gələn şokolada oxşar kistik bir şeydir. Endometrium təbəqəsinin rəhm içində aybaşı qanamalarını reallaşdıran funksionallığı rəhm xaricində meydana gəldiyi bölgədə də davam edir. Bu səbəblə ətraf toxumalarda yapışma və kistik quruluşlar meydana gələ bilər. Artım dövründəki qadınların 15-20 faizində görülən bu vəziyyət şiddətli aybaşı qanamaları və ağrı kimi əlamətlərlə ortaya çıxır. Ayrıca olduğu orqanların tüblər olması halında tıxanıqlığa səbəb olaraq, hamilə qala bilməmə problemləri görülür.

Hamiləliyə maneə törədən xəstəliklər nələrdir?
Polikistik over sindromu
Anovulasiya (yumurtlama olmaması, yumurtlama nizamsızlığı)
İrəli dərəcədə ciddi xroniki xəstəliklər (ürək, qaraciyər vb.)
Hiperprolaktinemiya
Tiroid xormon pozuntuları (Guatr xəstəliyi)
Yumurtalıq və tüblər ilə alaqəli keçirilən cərrahi əməliyyatlar
Endometriozis (şokolad kisti)
Rəhm içərisində olan septum, miyom və oxşar patologiyalar
Rəhm və yumurtalıqları ehtiva edən infeksiya keçmişi
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri