Sonsuz kişilərin xərçəng olma ehtimalı daha çoxdur

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 381
Səs ver:
(səs: 0)
Qadın Xəstəlikləri Doğuş və süni mayalanma Mütəxəssisi Op. Dr. Betül Görgen, Standford Xəstəxanası Kişi sonsuzluğu Hissəsində aparılan araşdırmanın nəticələri haqqında bu məlumatları verdi:

"Araşdırma çərçivəsində yaş hesablaması 35,7 olan 2 min 238 kişi təqib edilib. Bu kişilərin 451-i azospermikti (məni nümunəsində heç sperma olmayan).

Tədqiqatçılar bu kişiləri təxminən yeddi il təqib etdilər. Sonsuz kişilərin 29-da orta hesabla 5,8 il sonra xərçəng əmələ gəldi. Əger xərçəng nisbəti ümumi populyasiya oxşar olsaydı yalnız 16,7-nda xərçəng əmələ gələrdi. Ancaq sonsuz kişilərdə xərçəng inkişaf ehtimalı 1,7 dəfə artıq olmuşdur.

Daha sonra təhlillər azospermik kişilərin ümumi populyasiya görə üç misli daha çox xərçəng diaqnozu aldıqlarını göstərmiştir. Ayrıca 30 yaşından əvvəl azospermik olan bir kişidə xərçəng inkişaf riski ümumi populyasiya görə səkkiz dəfə çoxdur.

Daha əvvəlki tədqiqatlar sonsuz kişilərdə testis xərçəngi nisbətinin artdığını bildirmiştir. Ancaq azospermik kişilərdə beyin,prostat və melanom kimi fərqli xərçəng növləri də görülür.
Bu səbəblə azospermi diaqnozu qoyulmuş kişilər sonrakı illərdə xərçəng daramaları məsələsində daha diqqətli olmalıdırlar.

İnsan genomunda olan genlərdən təxminən dörddə biri çoxalma məsələsi ilə bağlıdır. Bu səbəblə kobud şəkildə çoxalma qabiliyyəti o insanın genetik sağlamlığının da bir ölçüdür".

Op. Dr. Betül GÖRGEN
Qadın Xəstəlikləri Doğuş və süni mayalanma Mütəxəssisi
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri