Kişilər də sonsuzluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 265
Səs ver:
(səs: 1)
Kişi infertilitəsində (sonsuzluq) əsas hallar:
Spermlərın hərəkət qabiliyyəti
Spermlərın funksiyaları
Sperm hüceyrələrinin sayca kafiliyi
Kanallardan keçidin mümkünlüyü vəziyyəti
Ereksiya problemləri
İnfeksiyalı xəstəliklər
Geriyə boşalma adı ilə bilinən retrograd ejekülasya hadisələri
Hipospadias

Kişi sonsuzluğunun yaranmasına təsir edə biləcək səbəblər:
Siqaretdən istifadə
Alkoqollu içkilərdən istifadə
Varikosel
Müxtəlif dərmanlarla kemoterapiya
Testis şişləri
Genetik faktorlar
Yaşanmış infeksiyalı xəstəliklər
Hidrosel
Kriptoirştizm
Testis zədəsi
Kistik fibroz
Sərtləşmə probleminin yaşanması
Sistemik xəstəliklər
Tıxanıqlığa səbəb ola biləcək səbəblər

Kişilərə bağlı infertilite (sonsuzluq)
səbəbləri araşdırılarkən sadə spermiogram testi ilə araşdırmalara başlanılır. Keçirilmiş bəzi əməliyyatlar və dərman müalicələri spermlərin inkişafına mənfi təsir göstərə bilər. Bunun üçün kişinin xəstəlik tarixçəsi ətraflı nəzərdən keçirilir. Ailəsində sperm yaranmasında problem olanlar, ereksiya problemi olanlar, spermanın keyfiyyətsizliyi, az olması kimi hallar araşdırılır. Müalicə başlanılır. Bəzi dərmanların qəbulu spermlərin keyfiyyətinin artmasına və sayca çoxalmasına şərait yaradır. Bütün bunlar həkimin müşahidəsi altında həyata keçirilir.
Əgər azospermi halları mövcuddursa TESE kimi cihazlarla spermlərə yaxınlaşıb tüp körpə müalicəsinə keçmək olar. Bu tip sperm pozğunluğu və yoxluğunda çətin şəraitdə əldə edilən spermlər dondurulur və qanun çərçivəsində yeni embrionlar üçün istifadə edilə bilər.
Həyat tərzi və yaşayış şəraiti kişi nəsilartırma sisteminə təsir edəcək ən əsas amillərdir. Gecə həyatının sıxlığı, pis vərdişlər, bilməyərəkdən istifadə edilən bir sıra dərmanlar və nizamsız qidalanma bu yöndə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Kişiyə bağlı sonsuzluğa səbəb həm də stresli həyat mühüm rol oynayır. Yorucu işlərdə çalışan fərdlər həyat şərtlərinə biganə qalsalar sperm istehsalında çətinliklər meydana gələcək. Yüksək iş tempi, stress, alkoqol və siqaretdən istifadə, yuxu pozğunluğu kimi məsələlərdən uzaq durmaq və daha rahat həyat şəraitinə keşmək lazımdır.
Kişiyə bağlı infertilite (sonsuzluq) səbəblərindən biri də tıxayıcı səbəblərin varlığıdır. Müxtəlif infeksiya xəstəlikləri, deferns tıxanıqlığı kimi vəziyyətlərdə müşahidə olunur. Spermləri analız edərkən uroloq həkim spermlərin az və keyfiyyətsiz olduğunu müəyyən edərsə o bütün problemləri araşdıracaq və xəstəyə lazımi nəticələri əldə etmək üçün yardım edəcəkdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri