İdmandan sonra əzələ ağrısı necə keçir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 660
Səs ver:
(səs: 2)
"Rocky" filmində oyun öncəsi idman zalındakı hazırlıqlar zamanı məşqçi "Acı yox" deyə bağırardı. Ancaq uzun müddətli fasilədən sonra idman edəndə əzələlərdə dözülməz ağrılar yaranır. Əzələləriniz sizin həyat tərzinizə alışır və zəifləyir. Əgər uzun müddət idman etmirsinizə, məşqdən sonra hər yeriniz ağrımağa başlayacaq.

Haradasa hər kəsin əzələləri, müxtəlif zamanlarda həssaslaşar və ağrıyar. Əzələ ağrısı (miyalji) yüngül ilə dözülməz dərəcədə müşahidə edilə bilər. Bu ağrılar ümumiyyətlə, bir neçə gün içərisində keçməsinə baxmayaraq, bəzi əzələ ağrıları aylarla davam edə bilər. Əzələ ağrısı bədəninizin boyun, kürək, qıçlar, hətta əllər kimi demək olar ki, hər bölgəsində görülə bilər.

İdmandan sonra yaranan əzələ ağrılarından əziyyət çəkməmək üçün yüngül proqramdan başlamaq məsləhət görülür. Uzun müdədt idman etməyən bədəni birdən-birə məşqlərlə yükləmək olmaz. Çünki sonrası üçün görə biləcəyiniz artıq bir şey yoxdur.

Əvvəllər idman sonrası əzələ ağrısına laktik turşusunun səbəb olduğu düşünülürdü. Laktik turşu yığımı əzələlərin çalışarkən ehtiyac duyduğu oksigendən daha az oksigen qəbul etməsi səbəbilə toplanır. Ancaq laktik turşuları məşq zamanı yaranan yanma hissinin səbəbidir və idmandan sonrası əzələ ağrısı ilə heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, idman sonrası yaşanan əzələ ağrılarından xilas olmağın təsirli bir yolu yoxdur, ancaq proqramınızı azdan çoxa doğru edərək, bu ağrılı dövrləri daha yüngül keçirə bilərsiniz. Həmçinin idman öncəsi və sonrası isinmə hərəkətləri çox kömək edir.

Bəzi idmançılar masaj, ağrıyan bölgəyə soyuq kompres və başqa üsullardan istifadə edir, ancaq sizə hansının yaxşı gələcəyini bilmək üçün bütün bu üsulları bir-bir sınağınız lazımdır.

Yeganə tövsiyəmiz idmandan 24 saat sonra ortaya çıxan və 72 saata qədər keçən bu ağrılar zamanı yaxşıca dincəlməkdir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 7 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri