Pəhrizlərdən bezənlər üçün çəki atmağın qəribə yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 4 015
Səs ver:
(səs: 0)
Çəki atmaq dedikdə bir çoxlarımızın ağlına yorucu məşqlər, ciddi pəhriz və zövq almaqla əlaqəsi olmayan şeylər gəlir. Sən demə, artıq çəki ilə mübarizə aparmaq üçün daha maraqlı üsullar da var imiş..

Şoppinq
Uğurlu şoppinq 2-3 saatlıq gəzinti və ağır paketlər deməkdir. Bu da şoppinqi əsl məşqə çevirir. 3 saatlıq şoppinq velotrenajorda 1 saatlıq məşqə bərabərdir. Hər iki halda 500 kalori yandırmış olacaqsınız.

Təmizlik
Əllə görülən işlər bədəni tonusda saxlamağa kömək edir. Yarım saatlıq təmizlik 15 dəqiqəlik press məşqinə bərabərdir. Hər iki halda 85 kalori yandırmış olacaqsınız.

Mahnı oxumaq
Mahnı oxuyarkən bir çox əzələ işə düşür. 1 saat mahnı oxumaq 15 dəqiqə çəkinməyə bərabərdir. Hər iki halda 100 kalori yandırmış olacaqsınız.

Donorluq
Kaliforniya universitetinin apardığı araşdırma göstərmişdir ki, 0,5 litr qan verməklə insan 650 kalori yandırır. 1 saat dayanmadan üzməklə eyni miqdarda kalori yandıra bilərsiniz.

Şərab
Albert Universitetinin apardığı araşdırma göstərmişdir ki, 1 badə quru qırmızı şərabla 1 saatlıq məşqin verdiyi nəticə eynidir. Belə ki, içkinin tərkibində olan maddələr ürək fəaliyyətini sürətləndirir, əzələlərin inkişafına təkan verir və ağ yağı qəhvəyi yağa çevirir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri