Pomidorla olan pəhrizlər

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 915
Səs ver:
(səs: 0)

Ucuz və keyfiyyətli 
Pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə 1 kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də tuta bilərlər, amma bundan çoxuna icazə verilmir. 
İkinci variant 
Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyulu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar. 
Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə. 
Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq. 
Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi. Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir. 
Pəhrizin faydası 
Alimlər sübut ediblər ki, tərkibində pomidor çoxluq təşkil edən pizza, spaghetti kimi yeməklər dərini günəş yanmasına və qırışlara qarşı davamlı edir. İlk növbədə pomidor damarları tutulmadan qoruyur və qanı durulaşdırır. Ona görə də, pomidor damar xəstəliyindən əziyyət çəkən və tromb yaranmasına meyilli olan hər kəsə məsləhət görülür. Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ümumi vəziyyəti yaxşılaşdırır və ağır xəstəliklərə tutulma riskini azaldır. Hətta demək olar ki, gündəlik pomidor qəbulu bəzi ankoloji xəstəliklərin profilaktikasıdır. Pomidor dərini ultrabənövşəyi şüalardan qoruyur. Orqanizminizi vitaminlərlə zənginləşdirmək istəyirsinizsə, pomidoru çiy halda yeyin. 
Kimə olar? 
Əlbəttə ki, istənilən pəhrizdə olduğu kimi, pomidor pəhrizi də idmanla məşğul olan zaman daha gözəl nəticələr verəcək. Heç olmasa, gəzintiyə çox vaxt ayırın. Bu pəhrizdən yalnız sağlam insanlar yararlana bilərlər, yəni mədə bağırsaq xəstəlikləri olanlar pomidor pəhrizindən ehtiyatla istifadə etməlidirlər.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri