Hollywoodun möcüzəvi pəhrizləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 287
Səs ver:
(səs: 3)
People jurnalı, Hollywoodun məşhur adlarının formada qalmasını və kilo verməsini təmin edən rejimləri səhifələrinə köçürdü.

 

Gwyneth Paltrow
İki uşaq anası 1972-ci ildə doğulan Gwyneth Paltrow, qidalanmasına çox diqqət yetirən adlardandır. Paltrowun formada qalmasına, 'Clean Gut-Mədənizi Təmizləyin' adlı pəhriz kitabı köməkçi olur. Kitaba görə; işlənmiş qidalardan uzaq dayanmaq və hər gün yüngül bir nahar etmək böyük əhəmiyyətə malikdir.

 

Miranda Kerr
1983- cü ildə doğulan bir uşaq anası Miranda Kerr;bədən  xəttlərini qorumaq üçün, 'Eat Right for your Type-Qrupunuza Uyğun Qidalanın' adlı kitabı oxuyur. Qan qruplarına uyğun  qidalanmalarla kilo almanın mümkün olmadığını ifadə edən kitaba görə; 0 qrupu zülal ağırlıqlı, A qrupu tərəvəzlərlə qidalanmalıdır.


Victoria Beckham
Dörd uşaq anası 1974- cü doğulan Victoria Beckham, manikenləri belə qısqandıracaq ölçülərə sahibdir. Beckham, formasını qorumaq üçün 'Eating the Alkaline Way-Alkali Tərzində Yemək' kitabını oxuyur. Alkali pəhrizdə formada qalmaq üçün, həddindən artıq turşu çıxaran və bədənə zərər verən qidaları yeməmək lazımdır.


Jennifer Lopez
Əkiz uşaq anası 1969-cu ildə doğulan Jennifer Lopez, möhkəm bədən quruluşuyla qadınları qısqandırır. Lopez, formasını qorumaq üçün 'The Fast Metabolism Diet-Sürətli  Maddələr mübadiləsi Pəhrizi' adlı kitabı oxuyur. Kitaba görə; həftənin ilk iki günü karbonhidrat və meyvə, digər iki günü də tərəvəz və zülal yemək lazımdır...


Drew Barrymore
1975-ci ild'doğulan oyunçu Drew Barrymore, qısa müddət əvvəl ilk uşağını dünyaya gətirdi. Kilo problemi yaşayan Barrymore 'The Body Reset Diet-Vücudu Resetləşdirmə P'hrizi' adlı kitabı oxuduqdan sonra həyatının dəyişdiyini bildirir. Kitaba görə; beş gün tərəvəz və meyvə püreləri ilə' qidalanmaq lazımdır

/Mənbə:Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri