Türkiyəli aktrisa Hülya Avşar formada qalmasının sirrini açıb.
Qadınlar.Biz-in Habertürk`ə istinadən verdiyi məlumata görə, 9 kiloqram arıqlayan Hülya çəkisini geri almamaq üçün hər gün bir ovuc ləbləbi yeyir.
Dietoloq məsləhəti ilə artıq çəkidən xilas olan aktrisa həm də idmanla məşğul olur:
"İdman kifayət deyil. Bununla bərabər, yediklərimə də diqqət etməliyəm. Hər gün bir ovuc ləbləbi yeyirəm. O, insanı tox saxlayır, həmçinin orqanizm üçün faydalıdır”.