Artıq çəkisi olan hər kəs arıqlamaq istəyər, ancaq əhəmiyyətli olan
sağlam arıqlamaqdır. Çox vaxt təcrübəsiz və ya məlumatsız arıqlamaq bir
çox sağlamlıq problemlərini ortaya çıxarır. Bir qidaya уüklənmək, başqa
qida qrupundan uzaqlaşmaq, yemək üçün уanlış vaxt seçmək, ya dа uzun
müddət mədəyə aclıq hissi yaşatmaq bіr çox xəstəliyə səbəb olar. Sağlam
arıqlamaq sandığınız qədər çətin deyil. Budur, həkimlərin və
dietoloqların təcrübəsindən keçən 3 pəhriz.
Az kalorili pəhriz
Bu pəhrizdə gündəlik kalori sərhədi 1500 kkal-dır. Şəkər, şirniyyat və
hər cür karbohidratdan uzaq dayanmağı tələb edən bu pəhrizdə gündəlik
100-150 qramdan çox çörək istifadə etməməyiniz məsləhət görülür. 80
qramdan çox yağ və 60 qramdan çox zülal da bu pəhizi saxlayanlara
qadağandır. Yüksək kalorili olduğundan spirtli içkilərdən də uzaq
dayanmalısınız. Gündə 5-6 dəfə, hər dəfə çox az qidalanmaq təklif
edilir. Menyunuz vitamini bol, kalorisi az olan qidalardan ibarət
olmalıdır.
Az-az və tez-tez yemək pəhrizi
Bu pəhriz xüsusilə mədə narahatlığı yaşayan insanlara təklif edilir. Ac
olduğunuz zaman yemək yeyə bilərsiniz, ancaq özünüzü tox hiss etdiyiniz
zaman masadan qalxmağınız lazımdır. Gündə 3 dəfə mədənizi tamamilə
doldurmaqdansa, 5-6 dəfə, hər dəfə çox az porsiyalarla yemək yeyə
bilərsiniz. Gündə ən az 2 litr su içmək lazım olan bu pəhrizdə unlu və
şəkərli qidaları məhdudlaşdırmaq lazımdır.
Az yağlı pəhriz
Bu pəhrizdə gündə 40 qramdan çox yağ istifadə etmək qadağandır! Az yağlı
pəhrizdə dərisiz toyuq əti, yağsız balıqlar, meyvələr, tərəvəzlər və az
yağlı süd məhsullarından istifadə edilməlidir. Həmçinin bədən üçün
zərərli olan yağı məhdudlaşdırmaq özünüzü daha yaxşı hiss etməyinizi də
təmin edəcək. Ancaq bu pəhrizdə diqqət olunması lazım olan şey bədənin
yağ almasını tamamilə azaltmamaqdır. Yağ qəbulu gündəlik 15-20 qramdan
az olduqda yağda həll olan A, D, E və K vitaminləri bədən tərəfindən
əmilmir və vitamin çatışmazlığı problemi yaşanır. Gündəlik 40 qram
qaydasına əməl etmək kifayətdir.