Hollivud ulduzları Ancelina Coli və Nikol Kidman kimi məşhur qadınların necə formada qaldığı hər kəsi maraqlandırır. Sağlam qidalanmaya əməl edən və həftədə iki dəfə idmanla məşğul olan ulduzlar gözəl formalarını qidalanma prinsiplərini dəyişdirən, sağlam vərdişlərə yiyələndirən, zərərli qida vərdişlərini tərgitdirən "Toski Reno” pəhrizinə borcludurlar.
42 yaşlı Toski Reno bu pəhriz sayəsində 27 kilo arıqladıqdan sonra xanımlara da məsləhət görməyə başlayıb.
"Toski Reno” adlanan bu pəhrizin əsasında güclü qidalanma prinsipi durur.
Pəhrizə əməl edənlər hər iki və ya dörd saatdan bir kiçik porsiyalarla nələrsə yeməlidir.
Əslində pəhrizdə qadağan edilən qidalar yoxdur. Xanımlar bol meyvə-tərəvəz qəbuluna laqeyd qalmadan istədiyini yeyə bilər.
Pəhrizin əsas prinsipləri:
Gündə ən az 6 dəfə yeyin. Yediyiniz rasionu 6 yerə bölün. Bununla aclıq hiss etməyəcəksiniz.
Gündə 2 litr su için.
Tərkibində çoxlu ədviyyatlar olan ərzaqları yeməyin. Orqanik , mövsümi qidaları yeyin.
Hər yeməkdə proteinlə zəngin ət, balıq, yumurta, meyvə yeyin.
Gün ərzində porsiyaların ölçüsünə diqqətlə nəzarət etmək azımdır.
Toyuq - 150 qram
Taxıl, dənli bitkilər - ½ stəkan
Tam buğda çörəyi - 1 tikə
Fındıq, qoz - bir neçə ədəd
Meyvə - ovuca sığışan boyda, bir ədəd
Tərəvəz - böyük bir qisim
Şorba - 2 çömçə
Yeyilə biləcək qidalar:
Tərəvəz; kahı, xiyar, göbələk, yaşıl lobya, brokoli, balqabaq, ispanaq, şalğam, soğan, sarımsaq, kərəvəz, şirin kartof, balqabaq, pomidor
Meyvə; təzə giləmeyvə, çiyələk, böyürtkən, moruq, alma, banan, armud, avokado, quru meyvələr; ərik, quşüzümü, gavalı, kişmiş
Çörək; Qəhvəyi düyü çörəyi, tam taxıl çörəyi
Ət, quş əti, dəniz məhsulları, toyuq filesi, qızıl balıq, ağ balıq, mal əti, yumurta.
Süd məhsulları , soya, süd, yağsız qatıq, şəkər, kefir məhsulları
Ədviyyatlar; xardal, tomat , şəkər, bal, balzam, sirkə, düyü sirkəsi, limon suyu, alma sirkəsi, qabartma tozu, vanil, tam buğda unu , dəniz duzu, nektar, sarıkök, darçın
İçkilər; yaşıl çay, qəhvə, su
Gündəlik proqram
Səhər: yarım fincan qaynamış suda yulaf, 2 yemək qaşığı kətan toxumu, 2 yemək qaşığı badam ləçəkləri, 2 yemək qaşığı quru meyvə qatıb, bişirib yeyin.
Səhər qəlyanaltısı: alma, bir ovuc duzsuz qoz-fındıq
Günorta : Soya şorbası, tərəvəz salatı
Günorta qəlyanaltısı: 2 tikə çörək, 2 yemək qaşığı keçi pendiri, 1 pomidor
Nahar: yarım bişmiş kartof, 2 yemək qaşığı şorba, 150 qram bişmiş toyuq
Gecə qəlyanaltısı: banan, balzam sousu ilə yarım avokado, kəpək çörək