Nyu-Yorkdan olan alimlər gündə yarım fincan qreypfrut şirəsi içən və ya bu meyvənin heç olmasa yarısını yeyən şəxslərin nəinki artıq çəki yığmadığını, hətta o vaxtadək yığılmış artıq çəkidən xilas olduğunu üzə çıxarıblar.
Tədqiqat zamanı mütəmadi olaraq sözügedən meyvəni qəbul edən şəxslərin digərlərindən daha tez və nəzərəçarpacaq dərəcədə arıqladığı sübuta yetirilib. 2 həftədən sonra onlar 7 kiloqram ata biliblər.
Mütəxəssislər qreypfrutdan yalnız artıq çəkidən xilas olmaq üçün yox, orqanizmin möhkəmlənməsi üçün də istifadəni lazım bilirlər. Amma o, mədəsində və onikibarmaq bağırsağında yara olan şəxslərə məsləhət görülmür.