Artıq çəki və bədəndəki artıq yağlar hər bir qadını narahat edən
problemlərdəndir. Bunun üçün bəziləri çətin və uzun müddətli dietlər
tətbiq edir, bəziləri isə ağır idman hərəkətləri edirlər. Biz isə sizə
buna nail olmağın daha asan üsullarından bəhs edəcəyik. Verdiyimiz bu 10
tövsiyəyə əməl edərək bədəninizdəki artıq yağlardan asanlıqla azad ola
və daha incə və fit görünə bilərsiniz.
Budur həmin tövsiyələr:
1. D vitamini qəbul etməyi unutmayın.
D vitamini qəbul etməyin ən asan və ən yaxşı üsulu günəşli havada
gəzməkdir. Günəşi bol olan iqlimli bir ölkədə yaşadığımız üçün çox
şanslıyıq və bundan kifayət qədər faydalanmalıyıq. Beləliklə hər gün 30
dəqiqə günəşli havada gəzməyə çalışın. Günəşin çox az olduğu qış
günlərində isə D vitaminini yağlı balıqlar yeməklə qəbul edə bilərsiniz.
2. Səhər yeməyini yaxşı yeyin.
Səhər yeməyində bal, cem kimi şirin şeylər əvəzinə daha çox proteinli
qidalar yeməyə üstünlük verin. Belə proteinli və kalorili qidalar ilə
yeyəcəyiniz səhər yeməyi daha gec və az acmağınıza və yağları əritməyinizə şərait yaradacaqdır.
3. Yaşıl çay için.
Bəzi araşdırmalar yaşıl çay içməyin maddələr mübadiləsini
sürətləndirərək gündə 100 kaloriyə qədər yağın əridilməsinə səbəb
olduğunu göstərir
4. Soyuq duş qəbul edin.
30 dəqiqə soyuq duş qəbul etmək də yağların əridilməsində təsirli
üsullardandır. Lakin ürək və ya təzyiq problemi olan insanların bunu
etmələri tövsiyə olunmur.
5. Gün ərzində bəzi kiçik hərəkətlər edin.
Əgər gün ərzində 10 dəfə aşağı enirsinizsə, bunun 5-ni pilləkənlə
düşməyə çalışın. Beləliklə metabolizmanız daha da sürətlənəcək və daha
çox yağ əritməyə nail olacaqsınız.
6. Kalsium qəbul edin.
Kalsium təkcə sümükləri möhkəmləndirmək üçün deyil, çəki itirmək üçün
də lazımlıdır. Bir araşdırmanın nəticəsinə görə gündə 1500 milliqram
kalsium qəbul edən insanlar almayanlara nisbətən daha az kökəlirlər.
7. Maqneziumla zəngin qidalar yeyin.
Günorta yeməyində ispanaq, lobya kimi maqneziumla zəngin qidalar
yeməyə üstünlük verin. Bu da yağların əridilməsini sürətləndirən
üsullardandır.
8. Hərəkət edin.
İş həyatında telefon istifadə etmək əvəzinə yanına gedib nəsə demək,
ofis içərisində mümkün olduğu qədər hərəkət etmək, hətta qələmlə
oynamaq, ayaqlarınızı hərəkət elətdirmək də yağları əritməkdə
təsirlidir.
9. Duru yeməklər yeyin.
Axşam mümkün olduğu qədər duru yeməklər yeməyə çalışın. Protein qəbulu baxımından ətli və toyuqlu olması daha məqsədə uyğundur.
10. Yatmazdan əvvəl duş qəbul edin.
Duzlu su ilə vannanı doldurub içərisində uzanmaq bir çox modelin
istifadə etdiyi üsuldur. Həftədə bir dəfə bu cür duş qəbul etmək
toksinlərin bədəndən atılmasına və yağların əridilməsinə kömək edir.