Bəzi qidaların özəlliyi onların çəki azalmasına kömək etməsidir. Arıqlamağa kömək edən 7 məhsulun adını təqdim edirik.
Qara lobya
Bu məhsul lif və proteinlə zəngindir. Lakin buna baxmayaraq tərkibində
yağ yoxdur. Onun tərkibində flavonoid var. Bu maddənin qarın
bölgəsindəki yağ yandırılmasını sürətləndirir.
Partlayan qarğıdalı
Nə qədər yağlı və duzlu olsa da partlamış qarğıdalı arıqlamağa kömək
edir. Taxıllar tərkibindəki zəngin minerallar və faydalı maddələrə görə,
sağlamlıq üçün vacibdir.
Alma sirkəsi
Alma sirkəsi yağ yandırmaqda populyardır. Amma həddindən artıq
istifadəsi məd də problem yarada bilər. Salat souslarında istifadəsi
məsləhətdir.
Çərəzlər
Çərəzlərin tərkibindəki yağlar doymamış yağlardır. Bunun üçün də çəki
artımına yol açmırlar. Əksinə piylənmənin qarşısını alır və yağ
toplanmasına mane olur.
Soyuq kartof
Soyuq kartoflardan hazırlanmış salat mayonez istifadə edilməyəcəyi
təqdirdə daha faydalıdır. Bu tərəvəz soyuyanda tərkibindəki liflər daha
asan həzm edilir.
Armud
Armudun bütün növləri liflərlə zəngin, kaloridən kasaddır. Bu meyvəni
səhər, günorta, axşam yeməyində belə yeyə bilərsiniz. Tərkibindəki
antioksidantlar sayəsində qarın bölgəsindəki yağların yandırılmasını
sürətləndirir.
Çay
Çayın arıqladıcı xüsusiyyəti elmi araşdırmalarla təsdiqlənib. Xüsusilə yaşıl çayın bu sahədə faydası danılmazdır.