Yaponiyada şirkət və məktəblərdə stresdən azad olmaq və psixoloji sağlam olmaq üçün insanlar ağlamağa dəvət olunur.
Ekspertlərin rəyinə əsasən, qəm və şadlıq göz yaşları gərginliyi aradan qaldıraraq avtonom sinir sistemini tənzimləyir. Nippon tibb universiteninin profesoru Junko Umixaranın sözlərinə görə, ağlamaq daimi stresdən xilas olma yoludur.
Qəzetin yazdığına əsasən, orta məktəb müəllimi Xidefumi Yoşida beş ildən yuxarıdır ki, xususi olaraq ağlamaq dərslərini təlim edir. Dərslərində müəllim insanlara ağlayaraq gərginliyi aradan qaldırmağı təlim edir. “Əgər siz həftədə bir dəfə ağlayırsınızsa, siz stresdən azad yaşaya biləcəksiniz", - deyə müəllim bildirir.
O, öz həmkarı ilə birgə, ölkədə muxtəlif yerlərə səfər edərək, ağlamağın faydaları haqda məruzələr edir.