Çətin uşaqlığın üstünlükləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 789
Səs ver:
(səs: 0)
Həyat hamımıza eyni davranmır. Bəzən çox kiçik yaşlarımızdan böyük yüklərin altında qalırıq. Bu insanlara çox ağır gəlir və çox vaxt travmalara səbəb olur. Gələcək həyatlarında həmin travmalar onları daha pis hiss etdirə bilər. Ancaq bəzən çətin keçən uşaqlığın yaxşı təsirləri də olur. Araşdırmalara görə, bu cür insanların bir neçə üstün cəhədləri də olur:

Kreativlik

Çətin uşaqlığın üstünlükləri

Bu cür insanlar əlində olanların qədrini çox yaxşı bilirlər. Kasıb uşaqlıq yaşamış uşaqlar maşını qırılanda atmaqdansa, təmir etməyi öyrənirlər. Belə olduqda daha kreativ yollarla tanış olurlar.

Yerində düzgün davranış



Onlar həyatın bütün çətinlikləri ilə qarşılaşırlar. Belə olduğu təqdirdə həyatın bir mübarizə olduğunu anlayırlar. Məsələn, iki eyni yaşlı uşağa şirniyyat təklif edirlər. Rahat yaşamış uşaq şirniyyatı yeməyə elə də can atmır. Ancaq çətinliklərdən keçmiş uşaq şirniyyatı götürən kimi yeyir. Hər iki davranış doğrudur. Ancaq, şirniyyatı yeyən uşaq bütün məsələlərdə daha çevik davranmaqla daha çox uğur əldə edəcəyini bizlərə sərgiləyir.

Problemi tez həll edir



Onların uzun uzadı bir şeyləri düşünməyə ehtiyacları yoxdur. Onlar üçün həyat sadəcə bir yoldan ibarət deyil. Ona görə də qarşılarına maneə çıxdıqda, həmin problemi həll etmədən ağlamaqdansa, problemin bir neçə həll yolunu tapırlar.

Daha yaxşı yaddaşa sahib olurlar



Çətin uşaqlıq yaşamış insanların yaddaşı daha möhkəm olur. Əsasən də başlarına gəlmiş mənfi hadisələri yaxşı xatırlayırlar. Onlar bu pis şeyləri xatırlayaraq özlərini daha çox gələcək pis hadisələrdən qoruyurlar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri