Ağlamaq da bəzən insana xeyir verir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 767
Səs ver:
(səs: 1)
Hər birimiz ağlayır və qəlbimizdəki yanğını göz yaşlarıyla söndürməyə çalışırıq. Hesab olunur ki, ağlayanda stress azalır və insan yüngülləşir. Psixoloqların sözlərinə görə, emosional həssas insanlar daha çox ağlayırlar: "Tədqiqatlar nəticəsində müəyyən olunub ki, insan ağlayan zaman göz yaşları ilə birgə orqanizmdən xüsusi zərərli maddələr xaric olunur. Bu isə bilavasitə stressi azaldır və insanı rahatlaşdırır. Əlbəttə ki, nəticədə sağlamlığa müsbət təsir edir”.
Lakin hədsiz çox ağlamaq zəiflik əlaməti olaraq qəbul edilir. Bu ətrafdakı insanları da qıcıqlandıra bilər. Ümumiyyətlə, insan həddindən çox ağlayırsa, bu hansısa bir psixoloji problemin göstəricisi də ola bilər. İnsanın az və ya çox ağlaması isə xarakter xüsusiyyəti, yaşadığı həyat şərtləri və s. asılı olaraq dəyişə bilər. Psixoloqlar bildirib ki, gözyaşı terapiyası zarafatyana deyilən bir termin deyil, ağlamağın faydası böyükdür. İnsanlar ayda bir dəfə ağlamaq üçün özlərinə uyğun vaxt və yer ayırmalıdır.

Təsəvvür edin ki, ağlayırsız və kimsə yaxınlaşıb "Niyə ağlayırsan? Ağlama”, deyərək sizi sakitləşdirmək istəyir. Siz isə "Mən ağlamıram, müalicə olunuram!” cavabını verirsiz. Araşdırmalar göstərir ki, gözyaşı kədər və stress zamanı qatılaşan qanın durulmasına və gərginləşən ürək damarlarının açılmasına səbəb olur. Ağlayan insanlar digərləri ilə müqayisədə daha tez, daha rahat və daha çox yatırlar. Gərginlik, qorxu, kədər, stress kimi vəziyyətlərdə qan təzyiqi qalxan və ya düşən insanlar üçün ən yaxşı yol ağlamaqdır. Ağladıqdan sonra insanın təzyiqi normallaşır.
Tibb mütəxəssisləri ağlamağı fiziki və ruhi problemlərin ən optimal həlli yollarından sayır. Məsələn, yaxın adamını itirib bu kədərə ağlamayan insanı psixoterapevt ağlatmağa çalışarkən "Mən nəyə görə ağlamalıyam? Axı bu onu qaytarmayacaq”, deyə cavab verən pasientə psixoterapevt belə cavab verir: "Bu sənə özünü qaytarmağa kömək edəcək”.
Qadınlar kişilərdən 5-6 dəfə çox ağlayır. Amma bu heç də o demək deyil ki, kişilərin həyatı daha şən keçir. Sadəcə, bizdə göz yaşlarına səbəb olan hormonun səviyyəsi daha artıqdır. Həm də "kişilər ağlamaz!” ifadəsinin qadınlara heç bir aidiyyəti yoxdur. Altmışdan yuxarı yaşı olan məşhur aktyor Riçard Ger hər imkan düşəndə ağladığını etiraf edib.
Psixoloqlar hesab edir ki, həyat uzun yolçuluqdur: "Bu yolda sevinc olduğu kimi, kədər də olur. İnsan yarandığı andan etibarən həyat onu sınağa çəkir. İnsan daim yaşamaq, yaratmaq eşqi ilə alışıb yanır. Bu baxımdan bəziləri uğurlu, bəziləri özlərini uğursuz insan adlandırır. Əslində həyatda uğursuzluq deyilən bir şey yoxdur. Bu uzun sınaqlı bir yolda daim irəli getmək arzusu ilə alışıb yananlar zəfər bayrağını qaldıranlardır”.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 6 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri