Duyğular

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 542
Səs ver:
(səs: 3)
Hissi idrak duyğudan başlayır. Onun başlıca funksiyası ətraf aləmdə, eləcə də bədəndə baş verən hadisələr haqqında subyektə məlumat verməkdir. Bütün idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. Duyğu orqanizmlə mühit arasında ilkin əlaqədir. Duyğu vasitəsilə insan varlığı dərk edir. Duyğular həmişə müəyyən emosional boyaya malik olur. Məsələn: yaşıl rəng insanı sakitləşdirir, qırmızı rəng coşdurur. Yaxud iki eyni həcmli yeşiyin biri ağ, biri qara rənglənmişsə, ağ qaraya nisbətən yüngül olduğu təsirini bağışlayır.

DUYĞULAR – indiki anda hiss üzvlərinə təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikasıdır.
Duyğuların növləri müxtəlifdir. Qıcıqlandırıcıların təsir etdiyi reseptorlara əsasən duyğuların üç növü var:
1  Ekstroseptiv və ya xarici duyğular. Onların reseptorları bədənin səthində yerləşir, xarici aləmdə olan cisim və hadisələrin xassələrini əks etdirirlər. Görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları bu qrupa daxildir.
2 Interoseptiv və ya daxili duyğular. Onların reseptorları daxili üzvlərdə, həmçinin, bədənin toxumalarında yerləşir və daxili üzvlərin vəziyyətini əks etdirir. Aclıq, toxluq, susuzluq duyğuları və s. interoseptiv duyğulara daxildir.
3  Proprioseptiv duyğular. Onların reseptorları oynaq və əzələlərdə yerləşir, bədənimizin hərəkəti və vəziyyəti haqqında məlumat verirlər. Hərəki və müvazinət duyğuları bu qrupa daxildir.
Lakin duyğuları mütləq şəkildə xarici və daxili duyğulara ayırmaq olmaz. Ağrı, dadbilmə, temperatur duyğulalarını mahiyyət etibarilə xarici duyğular kimi təhlil etmək olar.
duyğular, mimikaİnsanın duyğu analizatorları qıcığın müəyyən kəmiyyətinə; aşağı və yuxarı həddinə uyğunlaşır. Bu analizatorların həssaslığı ilə bağlıdır. Çünki hər cür qicıq duyğu əmələ gətirmir. Duyğunun əmələ gəlməsi üçün qıcıq müəyyən kəmiyyətə malik olmalıdır.
Qıcıqlayıcının ilk dəfə ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti duyğunun mütlər həddi adlanır.
Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti mütləq həssaslıq adlanır.
Mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi tərs mütənasibdir.
E=1/p
E-mütləq həssaslıq
p-mütləq hədd

Eynicinsli qıcıqlayıcıların qüvvələri arasındakı güclə duyulan ən zəif fərqə duyğunun fərqləndirmə həddi deyilir. Məs: 300 lampa işığına 1 və ya 2 lampa əlavə etsək işığın artdığını duymarıq, amma 3,4 lampa əlavə etsək bu fərqi duya bilərik.
Eynicinsli qıcıqlar arasındakı ən zəif fərqi duyma qabiliyyətinə  fərqləndirmə həssaslığı deyilir. Məs: Xalça toxuyan qızlarda rəng çalarlarına həssaslıq adi adamlardan dəfələrcə artıq olur.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri