Yaddaş pozğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 080
Səs ver:
(səs: 3)
Son zamanlar yaddaş pozğunluğundan əziyyət çəkirsinizsə, tez-tez "Bu nə idi?", "O nə idi?" suallarını verirsinizsə, müəyyən hadisələri xatırlamaqda çətinlik çəkdiyiniz olursa, bu, həqiqətən də yaddaş pozğunluğuna gətirib çıxara bilər.                                            

Dövrümüzdə informasiya və kommunikasiya imkanları həyatımızı asanlaşdırıb işlərimizi rahat həll etmək üçün imkan yaratsa da diqqət pozğunluğuna, hətta yaddaşsızlıq kimi ciddi problemlərə yol açır.

Yaddaş pozğunluğunun qarşısını almaq üçün 6 carə:

1. Stresdən uzaq olmaq lazımdır.
Problemlərin, ağır işlərin yaratdığı  gərginlik baş və boyun ağrılarına, ürək döyüntüsünə, titrəməyə, ya da tərləməyə səbəb olur. Belə hal baş verən zaman fasilə verib, bir neçə dəqiqə nəfəs texnikaları ilə rahatlamaq lazımdır.

2. Yuxu rejiminə və səhər yeməyinə diqqət edin.
Yorğunluğun bir çox səbəbi var: yuxusuzluq, qan şəkərinin aşağı səviyyədə olması, dəmir azlığı, D və B12 vitamininin çatışmazlığı. Bir yeniyetmənin günə enerji ilə başlayıb uğurlu davam etdirməsi üçün  6-8 saatlıq səmərəli yuxu kifayətdir. Mütləq vaxtında yeməyə diqqət edin.

3. Bir neçə işlə eyni vaxtda məşğul olmayın.
Eyni anda birdən çox işə yönəlmək diqqətsizliyə gətirib çıxarır. İşlərinizi bir-bir həll etməyə çalışın.

4. Telefondan xilas olun. 
Susmayan telefon, zənglər, "Whatsapp"dan gələn xəbərdarlıq mesajları diqqət dağıtmaq üçün kifayətdir. Yaxınlarınıza iş saatlarında ancaq vacib zənglərə cavab verdiyinizi deyin.

5. İçdiyiniz dərmanların da əks göstərişi ola bilər.
Depressiya, yuxusuzluq kimi ruhi problemlər üçün həkimlərin təklif etdiyi dərmanların da bir hissəsi  diqqət pozğunluğuna səbəb olur.

6. İş fasilələrini dəyərləndirin. 
Davamlı eyni işlər, monotonlaşan tədbirlər  bir müddət sonra diqqət dağılmasına gətirib çıxarır. Beyni rahatlatmaq üçün fasilə verin, çıxıb 10 dəqiqə gəzin.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri