Nevrit periferik sinirlərin iltihabi xəstəliyidir.
İltihablaşan
sinirin gedişi boyu güclü ağrılar, həmin sinirin təchiz etdiyi
əzələlərdə zəiflik və atrofiya, dərinin həmin hissəsində soyuğa, istiyə
və toxunmaya qarşı həssaslığın dəyişməsi, bəzi hallarda isə hərəkətin
pozulması ilə müşahidə olunur.
Nevritin
yaranma səbəbləri arasında travma, intoksikasiya, infeksion xəstəlik,
həmçinin şəkərli diabet kimi mübadilə xəstəlikləri və sinirin qan
təchizatının pozulması əsas yer tutur. Nevritin əlamətləri
Nevritin
klinikası zədələnmə yerindən asılı olaraq dəyişir. Məsələn, üz
sinirinin nevriti daha çox orta qulağın iltihabı və soyuqlama zamanı
əmələ gəlir, özünü üzün assimetriyası ilə büruzə verir. Zədələnmiş
tərəfdə qöz qapaqları yumulmur, ağız bucağı aşağıya doğru əyilmiş olur,
xəstə dişlərini göstərə, qaşlarını çata, alnını qırışdıra və ya
ovurdlarını şişirə bilmir. Duru qidalar zədələnmiş tərəfdən xaricə axır.
Eşitmə
sinirinin nevriti infeksiyalar, ototoksik dərmanların təsiri, şəkərli
diabet və ya ateroskleroz nəticəsində inkişaf edir, xəstəni qulaqda küy
və eşitmənin getdikcə zəifləməsi kimi əlamətlər narahat edir.
Dirsək
oynağının travmaları isə dirsək və ya mil sinirinin iltihabı ilə
nəticələnə bilər, barmaqlar, əl pəncəsi və biləkdə hərəki funksiyanın
pozulması, həmçinin said əzələlərinin atrofiyası baş verir.
Nevritlərin
müalicəsi xəstəliyin səbəbindən asılı olur, əsas etibarı ilə ağrının
azaldılması və iltihablaşmış sinir funksiyasının bərpasına yönəlir. Xalq təbabəti nevritin müalicəsi üçün bu kimi üsullar təqdim edir:
-
1 xörək qaşığı dəvədabanı yarpaqları 1 stəkan qaynar suda yarım saat
dəmlənir, gündə 4-6 dəfə -yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.
-
Damar kokteyli – hərəsindən 50 ml damotu, yemişan, pion və gülümbahar
cövhərləri, hərəsindən 15 ml pişikotu və nanə çovhərləri qarışdırılır.
Üz sinirinin nevritində axşam yatmazdan 1 saat qabaq 1 çay qaşığı qəbul
edilir. Kokteyl 3 ay müddətində mütəmadi qəbul edilir və 2 aylıq
fasilədən sonra müalicə təkrar olunur.
-
Bərabər miqdarda lavanda otu, bağayarpağı, boymadərən otu, zəncirotu
kökü, dəmrovotu və evkalipt yarpağı qarışdırılır, qarışıqdan 2 xörək
qaşığı termosda yarım litr qaynar suyun içində gecədən səhərədək
dəmlənir, gündə 2-3 dəfə yarım stəkan qəbul edilir.
-
15 qram bədrənc otu üzərinə 1 stəkan qaynar su tökülür, dəsmala
bükülərək 30 dəqiqə dəmlənir, gündə 2-3 dəfə yarım stəkan qəbul edilir.
-
1 xörək qaşığı qaraqınıq otu yarım litr qaynar suda 30 dəqiqə dəmlənir,
gündə 2-3 dəfə yarım stəkan içilir. Hamiləlik zamanı onun qəbulu
qadağandır!
-
1 stəkan suda yonca, pişikotu və ya gəndalaş çiçəyi dəmlənir, yonca və
gəndalaş dəmləmələri gündə 2-3 dəfə yarım stəkandan, pişikotu dəmləməsi
isə 1 xörək qaşığından qəbul edilir.
-
Hərəsindən 1 xörək qaşığı olmaqla yovşan otu, kəklikotu və dazıotu
qarışdırılır və həmin qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda yarım saat
dəmlənir. Gündə 3 dəfə yarım stəkan qəbul edilir.
-
1 stəkan yemişan meyvəsi əzilir, üzərinə 1 litr qaynar su və zövqə görə
bal əlavə edilir, yarım saat dəmlənir və gün ərzində içilir.
-
Bərabər miqdarda gülxətmi kökü, qırxbuğum, gülümbahar çiçəyi, istiotlu
nanə yarpağı, pion kökü və qaragilə zoğları qarışdırılır. 2-3 xörək
qaşığı yığıntı 1 litr qaynar suda vam ocaqda 5 dəqiqə qaynadılır,
ocaqdan götürülərək 2 saat dəmlənir. Gündə 3-4 dəfə yeməkdən əvvəl yarım
stəkan qəbul edilir.
Yerli istifadə üçün reseptlər
-
Gil və sirkədən xəmir yoğrulur, axşam yatmazdan qabaq ağrıyan sinirin
üstünə təpitmə qoyulur. Həmin üsuldan 3 gün dalbadal istifadə etmək
olar.
-
1 xörək qaşığı bal, 1 yumurtanın ağı və 1 xörək qaşığı soğan şirəsi
köpüklənənə qədər çalınır, alınan qarışıq pambıq parçaya çəkilir və isti
vanna qəbul edəndən sonra ağrıyan sinirin üzərinə qoyulur. Yaxma 2-3
saat saxlanır. Müalicə gündə 1 dəfə olmaq şərtilə ən azı 10 gün
aparılır.
-
Aşağı ətraf sinirlərinin nevritlərində 37-38C vannalar yaxşı kömək
edir. Vannanı hazırlamaq üçün söyüd və tozağacı yarpaqları balqabaq
meyvəsi ilə birlikdə suda qaynadılır və bişirmə vannaya əlavə edilir.
- Sinirin onurğa beynindən çıxdığı nahiyədə və sinirin gedişi boyu dəri Fitooil Qara zirə yağı ilə masaj edilir.
-
Gecə yatmazdan qabaq ağrıyan sinirin gedişi boyu "Ağrımaz" kremi
çəkilir, üstünə sellofan qoyulur və şalla bağlanır. Səhər isti su ilə
isladılmış nəm dəsmalla silinir.
-
Güldəfnə toxumları əzilir, üzərinə az miqdarda qaynar su əlavə edilir
və vam ocaqda 10 dəqiqə bişirilir. Alınan bişirmə tənzif və ya bez
parçanın arasına tökülərək ağrıyan nahiyəyə təpitmə qoyulur.
Adi xörək duzu tavada isidilir, bez parçaya tökülür və ağrıyan sinirin üstünə qoyulur.
-
Təzə kəsilmiş qoyun quyruğundan nazik dilim kəsilir və ağrıyan sinir
boyu dərinin üstünə qoyulur, sellofan və yun şalla bağlanır, gecə
səhərədək saxlanır.