İsti havada DÜZGÜN QİDALANMA belə olmalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 638
Səs ver:
(səs: 0)
1. İlk növbədə qəbul etdiyimiz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzində daha tez-tez (4-5 dəfə) və daha az yeyin, yemək porsiyalarını azaldın.

2. Qidalanmanızda süd məhsullarını (qatıq, ayran, kəsmik və s.) artırın. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha "qələvi" edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir.

3. Qidalanmanızda meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir.

4. Yağlı və qızardılmış qidaları, şirniyyatları (tort, pirojna və s.) rasiondan xaric edin.

5. Gün ərzində 2 l təmiz qazsız su için. Su soyuq olmamalıdır.

6. Spirtli içkilərdən imtina edin.

7. Ədviyyatlardan daha az istifadə edin. Ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir.

8. Buna əks göstərişlər yoxdursa, qidalarda duzun miqdarını bir qədər artırmaq olar. Duz orqanizmdə mayeni saxlayır və susuzlaşmanın qarşısını alır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri