Ərzaqların rənginə görə FAYDALARI

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 737
Səs ver:
(səs: 0)
Gün ərzində yediyimiz hər bir qidanın rənginə görə faydası olduğunu bilirdinizmi?

Meyvə və tərəvəzlərin rənginə görə faydasını təqdim edirik.

Ağ rəngli qidalar
Ağ rəngli qidalar immun sistemini gücləndirir. Bununla yanaşı, xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.

Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi də ağ rəngli qidalar siyahısındadır.

Yaşıl rəngli qidalar
Yaşıl meyvə və tərəvəzlərin tərkibində fitokimyasal maddələr var. Xüsusilə bəzi xərçəng risklərinin azaldılmasında, göz xəstəliklərində, əzələ və sümüklərin yenilənməsində və sağlam dişlərdə rol oynayırlar.

Yaşıl qidalar arasında brokoli, ispanaq, kivi, yaşıl bibər, xiyar, yaşıl soğan kimi qidaları saymaq olar.

Sarı rəngli qidalar
Sağlam dəridə mühüm rol oynayan sarı rəngli qidalar, bununla yanaşı həzm sistemini inkişaf etdirir və beyin funksiyalarını həyata keçirirlər.

Sarı qidalar arasında banan, limon, ananas, sarı bibər, qarğıdalı və kartofu saymaq olar.

Bənövşəyi ərzaqlar
Bənövşəyi qidalara rəngini verən antosiyaninlər yaşlanma əleyhinə rol oynayır. Həmçinin sümük sağlamlığını inkişaf etdirir və bəzi xərçəng növlərinə yaxşı təsir edir.

Bənövşəyi qidalar arasında badımcan, bənövşəyi ərik, qaragilə, bənövşəyi kələm sayıla bilər.

Narıncı qidalar
Narıncı rəngli qidalar antioksidant baxımından çox zəngindir. Xərçəngdən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immun sistemini gücləndirirlər.

Narıncı qidalar arasında portağal, kök, balqabaq, şaftalını saymaq olar.

Qırmızı rəngli qidalar
Ürək sağlamlığı üçün tərkibində lazımi fitokimyasal maddə olan qırmızı rəngli qidalar həmçinin yaddaşı gücləndirir və iltihabın qarşını alır.

Pomidor, alma, çuğundur, qırmızı bibər, çiyələk, qırmızı soğan, qırmızı üzüm qırmızı rəngli qidalardan sayılır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri