Zəncəfili, limon və darçın qarşımı

Müəllif: aliceWOnDer
Şərhlər: 4
Baxılıb: 9 350
Səs ver:
(səs: 0)
Bu qarışımı uzun zamandır istifadə edirəm sizinlə bölüşmək bu günə qismətmiş.Bu vasitəni artıq çəki atmaq üçün hazırlayırdım.Ancaq hal-hazırki vəziyyətdə viruslar əleyhinə istifadə məqsədəuyğundur Bir sözlə əbii dərman!

Hazırlanması:
Zəncəfili rəndələyirik,üzərinə darçın çubuğu,limon suyu və filtr suyu (qaynadılmış da olar) əlavə edirik.Qarışımı 5-6 saat soyuducuda saxladıqdan sonra otaq tempraturuna gətirib gündə 1 stəkan (maksimum 2 stəkan) qəbul edirik

Faydası nədir?
Başlayaq Bəli,min bir dərdin dərmanı adlandırılan zəncəfildən başlamaq istəyirəm Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki,müalicəvi məqsədlərlə də istifadə edilir.Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var.Bu maddələr ağrını yüngülləşdirir,həzm sisteminin işini yaxşılaşdırır,ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir,iltihabla mübarizə aparır,beyin funksiyasını yaxşılaşdırır,ürək xəstəlikləri riskini azaldır və ən əsası anti-xərçəng xüsusiyyətlərə malikdir.Bundan əlavə artıq çəki itirməyə çox yaxşı kömək olur (Hamilə xanımlar istifadə etməsə daha yaxşı olar və şəkər xəstələri normasından artıq istifadə etməsin) Darçının ətrini isə əksər insan çox sevir.Məhsul orqanizmi toksinlər,sərbəst radukallar,qurdlardan,artıq xolesterindən təmizləməyə kömək edir.Darçın insanın immun sistemini möhkəmləndirir,orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır,həmçinin qanda şəkərin düşməsinə səbəb olur.Gündəlik həyatda dəmlədiyiniz çaya da darçın əlavə edə bilərsiniz. (Yüksək arterial təzyiqi olan və təzyiq dərmanı qəbul edənlər qəbul etdikləri darçının miqdarına diqqət yetirməlidirlər) Limonun faydalarını çoxunuz bilirsiniz.C vitamini ilə zəngindir.İnsanın immunitetini möhkəmlədirLimonun tərkibində olan pektin maddəsi aclığı gecikdirir,çəki atmağa kömək olur.Boğaz ağrısı,soyuqdəymə kimi simptomların azalmasında olduqca təsirli gücə malikdir.Hətta limon qoxusu sinir sisteminə sakitləşdirici təsir göstərir (Çox istifadə edildikdə təzyiqin düşməsinə səbəb olur,buna diqqət edin).
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 9 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri