Kimlərə meyvə və tərəvəz smuziləri olmaz?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 261
Səs ver:
(səs: 0)
Dietoloq Marqarita Korolyeva meyvə smuzilərini karbohidrat mübadiləsi pozulmuş və köklüyə meylli insanlara tövsiyə etməyib.
Qadınla.Com xəbər verir ki:
"Xüsusi emal olunmuş smuzilərin tərkibində çox miqdarda vitamin, mineral və digər bioloji aktiv komponent var. Lakin karbohidrat mübadiləsi pozulan və kökəlməyə meylli insanlar üçün meyvələri yaxşıca çeynəyərək yemək məsləhətdir. Belə problemləri olmayan insanlar həm meyvə, həm də tərəvəz smuzilərindən istifadə edə bilərlər, amma sonuncularına diqqət yetirmək daha yaxşıdır. Xiyar, avokado, kərəvizdən hazırlanan smuzilər xüsusilə faydalıdır, həmçinin laym və ya limon suyu, çia toxumları, fındıq və qoz, təmizlənməmiş zeytun və ya kətan yağı əlavə edə bilərsiniz. Smuzini gündə bir dəfə, yemək aralarında içməlisiniz" , - dietoloq açıqlamasında bildirib.

Ancaq həkim Sergey Oblojko hesab edir ki, ən yaxşı seçim qarışıq meyvə və tərəvəz smuziləridir:
"Tərəvəz və meyvədən hazırlanmış smuzi sayəsində bir daşla iki quş vururuq. Çünki həddən artıq şirin meyvə smuzilərini yemək düzgün deyil. Müxtəlif kombinasiyalar çoxdur və yay smuzi hazırlamaq üçün ən yaxşı vaxtdır, müxtəlif meyvə və tərəvəz kombinasiyalarını sınaya bilərsiniz" , - S.Oblejko bildirib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri