Bütün qidalar protein, karbohidrat, mineral və s. tərkibinə görə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə qidaları müxtəlif qruplara ayırırlar. Çörək qrupu (karbohidratlar):
Taxıl və taxıl məhsulları, paxlalı bitkilər, həmçinin kartof bu qrupa daxildir. Bu qrupdakı qidalar bizi niatsin (B1) və tiamin (B3) kimi B vitaminləri ilə təmin edir.
Meyvə və tərəvəz qrupu (minerallar):
Bu qrupdakı qidalar bizi sağlam həyat üçün lazım olan minerallar, həmçinin A və C vitamini ilə təmin edir.
Ət qrupu (proteinlər):
Bu qrupa əsasən ət, toyuq, yumurta, balıq və s. daxildir. Bu qrupdakı qidalar bizi əsasən protein, B qrupu vitaminləri, dəmir və sink kimi minerallarla təmin edir.
Süd qrupu (proteinlər):
Bu qrupa daxil olan qidalar (süd, qatıq, pendir) protein, kalsium və B2 vitamini ilə zəngindir.
Yağ və şəkər qrupu (yağlar):
Bu qrup bizi A, D, E və K kimi vitaminlərlə təmin edir. Ancaq bunlara baxmayaraq bu qrupdakı qidalardan az istifadə edilməlidir.