Hamı bilir ki, balıq yağı çox xeyirli məhsuldur. Əvvəllər balıq yağı əsasən uşaqlara verilirdi.
Belə
hesab olunurdu ki, balıq yağı uşaqların inkişafına və sağlamlığına
müsbət təsir edir. Bəli, bu həqiqətdir. Lakin müasir tibb balıq yağını
böyüklər üçün daha xeyirli hesab edir.
Elmi
araşdırmalar nəticəsində məlum oldu ki, balıq yağının qəbulu böyüklərdə
urək-damar sistemi xəstəliklərinin ən yaxşı profilaktikasıdır. Balıq
yağı ürəyin, damarların, beyinin sağlamlığını qoruyur. Məhz bu səbəbdən
balıq yağını \"qocalıqdan xilas edən dərman\" adlandırırlar.
Balıq
yağı çox zəngin tərkibə malikdir. Onun tərkibində sağlamlığımız üçün
çox vacib olan iki vitamin - A və D vitaminləri var. Bundan əlavə balıq
yağının tərkibində çox qiymətli Omeqa-3 yağlı turşuları var. Bu faydalı
maddələr balıq yağını əsl dərmana çevirir. Məhz bu səbəbdən balıq yağı
bir çox xəstəliklərin müalicəsində və profilaktikasında geniş istifadə
olunur.
Balıq
yağı oynaqlarda iltihabları müalicə edir, ağrıları azaldır, oynaqların
hərəkətliliyini artırır. Həmçinin balıq yağı dəri xəstəlikləri zamanı da
istifadə olunur.
Balıq
yağı yaşlı insanlarda ağıl zəifliyinin inkişafının qarşısını almağa
kömək edir. Həmçinin balıq yağı insanları depressiyalardan qoruyur,
orqanizmin streslərə qarşı olan davamlılığını artırır. Sübut olunub ki,
balıq yağı orqanizmdə \"xoşbəxtlik hormonu\" olan serotoninin ifrazını
artırır ki, bu da əhval-ruhiyyəni yaxşılaşdırır.
Elmi araşdırmlar nəticəsində sübut olunub ki, balıq yağı ürəyə çox müsbət təsir edir:
- infarktın əsas səbəbi olan aterosklerozla mübarizə aparır,
- damarlarda trombların əmələ gəlməsinin qarşısını alır,
- arterial təzyiqinin tənzimlənməsinə kömək edir.
Balıq yağı xərçəngəleyhinə təsirə malikdir.
Balıq yağı hamilə qadınlara da tez-tez təyin olunur. Balıq yağı dölün sinir sisteminin normal inkişafına kömək edir.
Lakin
bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi xəstəliklər və
pozulmalar zamanı balıq yağının qəbulu əks-göstərişdir. Bu səbəbdən
balıq yağını həkim təyin etməlidir.