Yoğun və düz bağırsaq xərçəngi (kolorektal xərçəng) bütün dünyada xərçəng xəstəlikləri arasında 2-ci yer tutur.
Cənubi
Koreyanın Seul Universiteti alimləri araşdırmalar nəticəsində belə
qərara gəliblər ki, qoz-fındığın həftədə ən azı 3 dəfə qəbulu insanları
bu ağır xəstəliyin inkişafından qoruya bilər.
Alimlər 3 minə yaxın sağlam və kolorektal xərçəngindən
əziyyət çəkən insanların qidalanması haqqında məlumatlar toplayıblar.
Məlum olub ki, sağlam insanlar xəstələrlə müqayisədə qidalanmasına
tez-tez qoz-fındıq daxil edirdilər.
Alimlər həftədə 3 dəfədən az olmayaraq 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.
Bundan əvvəl müxtəlif ölkələrdə keçirilmiş araşdırmalar göstərib ki,
qoz-fındıq piylənmə, şəkərli diabet və ürək-damar sistemi
xəstəliklərinin inkişafından qoruyur.