Səhər yeməyi yemədən evdən çıxmayın - FAYDALARI

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 4 953
Səs ver:
(səs: 0)
Çoxları səhər yeməyini vacib hesab etməyərək, ona bir qədər etinasızlıqla yanaşır. Digərləri kökəlməkdən, çəki artırmaqdan qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə sadəcə vaxtın az olması, səhərlər iştahanın olmaması kimi xeyli “üzrlü səbəb” gətirirlər ki, özlərini günün başlanğıcında tam dəyərli qidadan məhrum etsinlər. Həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir.

Qeyd etmək lazımdır ki, səhərlər yemək yeyən insanlar “ac qardaşlarından” daha az risklərə məruz qalır. Bundan əlavə, səhər yeməyi beyinə diqqəti toplamaq və məlumatı yadda saxlamağa görə beyin üçün çox vacibdir. Əbəs yerə deyil ki, özlərini səhər yeməyindən məhrum etməyən insanlar avtomobil qəzalarına daha az uğrayırlar. Tədqiqatlar göstərir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır və bu səbəbdən də sizi ofisdə ağır gün gözləyirsə, səhər orqanizminizi enerji ehtiyatı ilə təmin etməyi unutmayın.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri