Qısamüddətli aclığın faydası

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 232
Səs ver:
(səs: 1)
Qısamüddətli aclıq immunitetə ikiqat xeyirdir: birinicisi, köhnəlmiş və zədələnmiş hüceyrələr yenilənir, ikincisi, qanın kök hüceyrələri aktivləşərək, immun sisiteminin hüceyrə ehtiyatını artırır.Alimlər artıq çoxdan sübut ediblər ki, aclıq insan orqanizmində bir çox xəstəliklərin inkişafını dayandırır, insan ömrünü uzadır.Uzun müddət hesab olunurdu ki, aclıq insan orqanizminə sirtuin zülalı vasitəsi ilə təsir edir. Sonralara bu zülalın rolunda şübhələr yaranmış, lakin keçən il Vaşinqton Universitetinin araşdırmaçıları sübut etmişdirlər ki, sirtuin həqiqətən insan ömrünü uzada bilir. Qeydlər var ki, insan ömrünün uzunluğu FGF-21 zülalı ilə bağlıdır, bunu hətta "aclıq hormonu" da adlandırırlar. Birminqemdə yerləşən Alabama universitetinin alimləri isə sübut etmişdirlər ki, aclıq Alsqeymer xəstəliyinin inkişafını dayandırır. Burada isə əsas rolda qrelin adlı zülal iştirak edir ki, bunu da elmdə "aclıq hormonu" kimi tanıyırlar.Cell Stem Cell, Valter Longo jurnalında çap olunan məqalədə iddia edilmişdir ki, aclıq immunitetin təzələnməsinə səbəb olur.

Qadinla.com bildirir ki, aclıq burada sözün əsil mənasında qəbul olunur. Sınaq sıçanlar üzərində yarım il aparılmış və 2-4 günlük tam aclıqlarla müşahidə olunmuşdur. Bu zaman leykositlərin sayı qanda azalır və heyvanlar yeməyə başladıqları zaman qanda olan immun hüceyrələrinin sayı artırdı.Hüceyrələr niyə yox olur: aclıq qidalandırıcı maddələrin israfına məcbur edir ki, burada immun hüceyrələrin "yeyilməsi" də baş verir. Leykositlər zəifləyərək həll olunurlar. Lakin köhnə və zədələnmiş hüceyrələrin yox olması qanın kök hüceyrələrinin yenidən yaranmasına siqnaldır. Beləliklə, aclıq vasitəsi ilə köhnədən azad olunmaqla, yenilərini əldə etmək olur. Eyni zamanda IGF-1 zülalının azalması müşahidə olunur ki, bu zülal qocalmada və bədxassəli şişlərinin yaranmasında birbaşa iştirak edir. Ancaq sıçanlarla araşdırmalar məhdudlaşdırılmamışdır: eyni sınaq kimya terapiyası ediləsi onkoloji xəstələr üzərində də aparılmışdır. Xərçəngə qarşı dərmanlar şişə təsir etdikləri kimi, normal hüceyrələri də sıradan çıxardırlar. Bu səbəbdən orqanizmin bir çox sistemi, həmçinin immun sistemi əziyyət çəkir. Araşdırmalar göstərdi ki, üçgünlük aclıq kimya terapiyasının bu effektini azaldır, immun sistemi az zədələnir.
Alimlər hesab edirlər ki, immunitetin təzələnməsini bir çox xəstəliklərin müalicəsində də istifadə etmək olar. Yaşla bağlı immun çatışmamazlığından tutmuş QİÇSə qədər. Aclıq vasitəsilə hətta digər orqanların təzələnməsinə səbəb ola bilər. Lakin bunlarda tam əmin olmaq üçün hələ də araşdırmalar aparılır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri