Mədə xəstəliklərindən xilas edən möcüzəli meyvə

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 4 046
Səs ver:
(səs: 2)
Narın min bir dərdin dərmanı olduğunu bilməyən yoxdur. Sperma sayını artıran, qrip və infeksiyalara qarşı təsirli olan bu meyvə daha çox ekzema və xərçəng xəstələrinə tövsiyə edilir.

Narın tərkibindəki polifenol və antosyan adlı maddələr E vitaminindən 20 qat güclüdür. Bu maddələr antioksidant effekti verir. Ona görə də, orqanizmi xərçəngdən qorumaqla yanaşı, damarların daralmasının qarşısını alır. Hər gün 1 stəkan nar şirəsi içmək ürək-damar sistemini qoruyur.

Narın bilinməyən xüsusiyyətlərindən biri də onun mədəyə faydalı olmasıdır. Son illərdə aparılan araşdırmalar göstərib ki, narın içərisindəki nazik, ağ təbəqə mədəyə yaxşı təsir edir. Ona görə də, bu ağ təbəqəni qurudub, daha sonra çayını dəmləyib içmək olar. Bu çay mədəni qüvvətləndirir, xəstəliklərdən qoruyur. Həmçinin, nar doşabı ilə balı qarışdırıb yeməklə də, mədə iltihabının qarşısını almaq olar.

Yeməkdən sonra 1 ədəd nar yemək həzmə yaxşı təsir edir, mədənin işini asanlaşdırır. Mədədə baş verən problemlərlə əlaqədər olaraq, yaranan qusma hissinin qarşısını alır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri