Qaragilənin qeyri-adi müalicəvi xüsusiyyətləri çoxdan məlumdur. Qaragilənin bütün faydalı xüsusiyyətləri onun şirəsindədir.
Uşaq
düzgün qidalanmalı, doyunca yatmalı və müntəzəm qaragilə şirəsi
içməlidir. Qaragilə tərkibli içkilər qəbul edən uşaqlar yeni
informasiyanı daha yaxşı yadda saxlayırlar. 1,5 stəkan qaragilə şirəsi
uşağın sinir sisteminə əla təsir göstərir.
Tədqiqatçıların fikrincə, bunun sirri qaragilənin flavonoid birləşmələri
ilə zəngin olmasındadır. Bu maddələr baş beyində qan dövranını
sürətləndirir, habelə neyronlararası informasiya ötürülməsi prosesini
fəallaşdırır. Qeyd edək ki, flavonoid birləşmələri təkcə qaragilənin
deyil, digər meyvə və tərəvəzlərin də tərkibində var.