Üzüm çəyirdəkləri unikal kimyəvi tərkibə malikdir.
Onların
tərkibində protein, A, B, C, E, PP vitaminləri, müxtəlif minerallar,
faydalı yağlı turşular (olein, stearin, linol, palmintin və s.),
xlorofill və s. faydalı maddələr var.
Üzüm
çəyirdəyi E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin orqanizmdə
qocalma və dağılma prosesləri ləngidir, ürək-damar və onkoloji
xəstəliklərinin inkişafına mane olur, dərinin sağlam və cavan qalmasını
təmin edir.
Üzüm çəyirdəkləri güclü antioksidantdır. Antioksidantlar orqanizmdə qocalma proseslərlə mübarizə aparır. Məhz
bu səbəbdən üzüm çəyirdəyi və üzüm çəyirdəyi yağı bir çox üz və bədən
üçün olan anti-age (qocalma əleyhinə) kremlərə, maskalara və digər
kosmetik vasitələrə əlavə olunur. Xüsusi üzüm çəyirdəyi ekstraktı
kapsulları var ki, bu kapsulların qəbulu orqanizmə cavanlaşdırıcı təsir
edir.
Bütün
bunları nəzərə alaraq üzüm yedikdə onun çəyirdəklərini də yemək
lazımdır. Lakin onlardan fayda almaq üçün çəyirdəkləri yaxşı çeynəmək və
yalnız bundan sonra udmaq lazımdır. Bütöv şəkildə udduqda çəyirdəklər
bağırsaqlara "şotka" kimi təsir edir - onları təmizləyir. Lakin bu halda
çəyirdəklərin tərkibində olan faydalı maddələr orqanizmə daxil olmur.
Onu
da nəzərə almaq lazımdır ki, üzüm çəyirdəkləri mədə-bağırsaq sistemi
xəstəlikləri olan insanlara ziyan vura bilər. Kiçik yaşlı uşaqlara üzüm
verdikdə üzümü çəyirdəklərdən təmizləyin.
Üzüm çəyirdəkləri orqanizmdə müdafiə prosesləri sürətləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir.
Üzüm çəyirdəkləri qəhvəüyüdəndə əzin və bir qədər xama ilə qarışdırıb skrab kimi istifadə edin.
Üzüm çəyirdəyi yağı çox faydalı və qiymətli məhsul sayılır. Bu
məhsulu ev şəraitində də hazırlamaq olar. Bunun üçün qırmızı üzüm
çəyirdəkləri yuyulur, qurudulur, həvəngdəstədə yaxşı əzilir və bankaya
tökülür, üzərinə çıxana kimi zeytun yağı tökülür. Yağı 10 gün ərzində
sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq yağı qarışdırmaq
lazımdır). 10 gündən sonra yağı yaxşı süzün və istifadə edin. Bu yağı
dəriyə maska kimi çəkmək və 20 dəqiqədən sonra ilıq suda isladılmış
pambıq disklə təmizləmək lazımdır. Belə maska dərini daha sağlam,
elastik edir, cavanlaşdırır, kiçik qırışları yox edir, dərinin rəngini
yaxşılaşdırır.
Üzüm
çəyirdəyi yağı saçlar üçün də çox xeyirlidir - onların vəziyyətini
yaxşılaşdırır, daha sağlam və canlı edir. Yağı saçların köklərinə
sürtün, üzərinə plyonka, sonra dəsmalla örtün və 1 saat saxlayın. Daha
sonra saçlarınızı yaxşı yuyun. Bu proseduru həftədə 1 dəfə etmək olar.